BolgeXeber.Com » Ölkə » Fərzəli Qədirovu qoruyan parlamentdəki “gizli əl” - müdhiş iddialar
Fərzəli Qədirovu qoruyan parlamentdəki “gizli əl” - müdhiş iddialar
29-05-2015, 16:16
Oxunub: 4 790
Təhsil naziri Mikayıl Cabbarovun komandasında Fərzəli Qədirovun yer almasının sirri açılıb
Misir Mərdanovun dövründən qalan və adı korrupsiya çirkabında tez-tez hallanan F.Qədirovun yeni nazirin yanında olması heç də səbəbsiz deyil.
Tia.az-a mötəbər qaynaqdan daxil olan məlumatda bildirilir ki, onu qoruyan “gizli əl” Milli Məclisdə vəzifə tutur. Mənbənin qeydlərinə görə, F.Qədirov Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusifzadənin qohumudur. Bu iyerarxik şansda bəxt onun üzünə gülüb. Qaynağımız iddia edir ki, İ.Yusifzadə qohumu F.Qədirov üçün spiker Oqtay Əsədova xahiş edib. Onun nazirlikdə saxlanması üçün təhsil nazirinə qeyri-rəsmi tapşırılması rica olunub. O.Əsədov da parlamentdə şöbə müdirinin xahişini yerə salmayıb və F.Qədirov Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri vəzifəsində qərarlaşıb. Mənbə bildirir ki, əks təqdirdə M.Cabbarovun heyətində Qədirov soyadlı məmurun adına rast gəlinə bilməzdi. Onun reputasiyası, fəaliyyətindəki qaranlıq işlər, keçmiş nazirin pulyığanı kimi ad çıxarması kifayət edirdi ki, nazir onunla işləmək istəməsin. Odur ki, F.Qədirov İ.Yusifzadənin hesabına nazirlikdə post tuta bilib. Yusifzadə isə ondan gələcək şikayətlərə qarışmayacağını və özünü qorumalı olduğunu Qədirovun diqqətinə çatdırıb. Halbuki, nazirlikdə şöbə müdirinin vəzifə tutduğu vaxtdan etibarən adı müxtəlif işlərdə, maxinasiyalarda hallanır. Qeyd edək ki, ”köhnə qvardiya”nın “lokomotivi” hesab olunan, “Mərdanovun sağ əli-Qədirov Fərzəli” indi yeni nazir üçün eyni missiyanı yerinə yetirdiyi deyilir. O, müəllim müsabiqələrinin keçirilməsi ilə əlaqədar pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi əməliyyatlarında “əvəzsiz xidmətləri” sayəsində mətbuatın “ulduzu”na çevrilib. Eks-nazirin dövründən onun “vəzifəsi” nazirliyə pul gətirilməsi işlərini idarə etmək olub. İndi Qədirov yenidən aktiv fəaliyyətdədir və nazir üçün canfəşanlıq edir. Təbii ki, həm də öz postunda qala bilmək üçün… Halbuki yeni nazir “rüşvətə yox” devizi altında işinə başlayanda, gözləntilər vardı. Ancaq görünür M.Cabbarov öz imicini saxlamaq naminə Qədirovu qabağa verərək onun pulyığan imkanlarından istifadə edir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər