BolgeXeber.Com » Ölkə » ƏSMM əlili süründürür - Şamaxıda

ƏSMM əlili süründürür - Şamaxıda

1-06-2015, 12:01
Oxunub: 3 973 ƏSMM əlili süründürür - Şamaxıda"2015-ci ildə 50 dəfədən çox aidiyyatı orqana müraciət etsəm də məni get-gələ salırlar, incidirlər, mən əlilə mənəvi əzab verirlər"

BOLGEXEBER.COM bildirir ki, Şamaxı sakini Tia.az- şikayət məktubu yollayıb. Quşçu kəndində yaşayan 1-ci qrup əlil, 9 nəfər ailənin başçısı İsmayılov Eyvaz İsmayıl oğlu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən kömək istəyib:

“08.05.2015-ci il tarixdən edilən müraciətimə baxılmayaraq qalmaqdadır. Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 2013-2014-cü ilər ərzində Şamaxı şəhər Əmək Sosial Müdafiə Mərkəzinə müraciət etdim, mən 1-ci qrup əlil və 9 nəfər işsiz ailə üzvlərim olduğu üçün sosial müavinətlə təmin olundum.
Lakin 2015-ci ildə 50 dəfədən çox aidiyyatı orqana müraciət etsəm də məni get-gələ salırlar, incidirlər, mən əlilə mənəvi əzab verirlər. Azərbaycan Respublikasının bütün dövlət məmurlarından kömək istəyirəm, xahiş edirəm mənə kömək olun və bu məni incidən ədalətsiz məmurlar barədə tədbir görün.
Mən maşınım heyvanım yoxdur, belə ədalətsizlik olmaz. Bu Şamaxı rayon Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşlarının gözün rüşvət yumub, mənim Ünvanlı Sosial Yardım almaq üçün müraciətimi qəbul edən və baxan yoxdur, ağır xəstəyəm mənim səsimə səs verin, mənə kömək edin”.
BOLGEXEBER.COM