“Üç manata çayla mürəbbə olmur”- Bir gecə bulvarda... FOTOLAR
2-06-2015, 12:35
Oxunub: 4 237
Gecə dincəlmək üçün bulvara üz tutanlar isə kafelərdəki qiymətlərdən narazılıqlarını ifadə etdilər
Bir neçə gündür ki, sosial şəbəkələrdə bulvarda çayın ucuzlaşması ilə bağlı məlumat yayılıb. Məlumatlara görə, Milli Parkın ərazisində sadə çay 2 manat, mürəbbə ilə çay isə 3 manata satılır. Məlumatda həmçinin qeyd olunurdu ki, müştərilərdən artıq pul istəyən obyekt sahibləri cərimələnəcək. Bunun üçün isə sözügedən nömrələrə şikayət edə bilərsiniz - 0552827000, 0124801836.
Qeyd edək ki, sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Maraqlıdır ki, bir çox istifadəçilər elə bir gün əvvəl bulvarda çay içdiklərini və qiymətdə heç bir ucuzlaşmanın müşahidə etmədiklərini bildirirdilər.
“Qafqazinfo”nun əməkdaşı məsələni dəqiqləşdirmək üçün dünən axşam bulvarda olub. Əməkdaşımız qiymətlərlə tanış olmaq üçün bir neçə kafeyə baş çəkib. İlk maraqlandığımız “Balıq evi” və “Forest” kafeləri oldu. Məlum oldu ki, bu kafedə işləyənlərin məşhur qərardan xəbərləri yoxdur. Onlar onsuzda Milli Parkdakı bütün kafelərdə 1 çaynik çayın qiymətinin uzun müddətdir ki, iki manat olduğunu bildirdilər. Məsələ mürəbbəyə gəlincə, vəziyyətin dəyişildiyini gördük. Mürəbbənin qiyməti nəinki çayla bərabər 3 manat, ayrıca istəsəniz belə nadir halda 3 manata ala bilərsiz. Ümumilikdə, mürəbbənin qiyməti 4, 5, 7, 9 manat arasında dəyişir.
“Balıq evi” kafesində işləyənlər, belə bir qərar olacaqsa, bunun icarə qiymətləri ilə uzlaşmadığını dedilər. Yaxınlaşdığımız “Dəniz” kafesinin işçilərinin, digərlərindən fərqli olaraq sosial şəbəkələrdə yayılan bu məlumatlardan xəbəri var idi. Biz çayın qiymətini soruşanda, işçilər facebookda yayılan məlumatın doğru olmadığını dedilər: “Neçə gündür kimsə yalandan xəbər yayıb, elə bir qərar yoxdur. Bu da menyumuz, bütün qiymətlər burada yazılıb. Bu da qaynar xətt, buyurun zəng edin. Yalan məlumata görə müştərilərimizlə problemlərimiz olur”.
Kafedə olduğumuz müddətdə müştərilərlə işçilər arasında “çaypulu” üstündə tez-tez mübahisələrə şahid olduq. Müştərilər israrla o məlum qərarı xatırladırdı.
“Veteran” kafesinin rəhbərliyi isə yayılan informasiyanın onları çox narahat etdiyini diqqətimizə çatdırdı.
Gecə dincəlmək üçün bulvara üz tutanlar isə kafelərdəki qiymətlərdən narazılıqlarını ifadə etdilər: “Burada çay içmək istəsək azı 5 manatımızdan keçməliyik, mürəbbədən başqa adi şokoladı 3 manata, paxlava və başqa şirniyyatlar 5-10 manat arası dəyişir. Bu da tələbə büdcəsinə heç uyğun gəlmir. İcarə haqqına görə onları başa düşmək olar, ancaq gərək onlar da bizi bir az başa düşsün”.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər