“Davam edir, Mərdanov dövrü...”
2-06-2015, 15:13
Oxunub: 3 184
“Ötənilki məzunların imtahan nəticələri acınacaqlı halın - ölkədə funksional savadsızlığın yayılmasının və məktəblərin bunun öhdəsindən gələ bilməməsinin göstəricisidir”
Bu fikirləri virtualaz.org-a təhsil eksperti Etibar Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ötən ilin məzunları üçün keçirdiyi imtahan nəticələrini şərh edərkən deyib.
Ekspert onu da vurğulayıb ki, bu nəticələr təbii qəbul olunmalıdır. Çünki bu il yenidən imtahan verən məzunlar ötən il ali məktəbə qəbul ola bilməyənlərdir. Bu da ötənilki məzunların biliklərini artırmaq imkanı olmaması deməkdir.
Belə vəziyyət də onu göstərir ki, ötənilki məzunların elementar bilikləri mənimsəmə səviyyəsi necə idisə, elə olduğu kimi də qalıb. Bu hal isə onunla bağlıdır ki, orta məktəbdə təhsilin keyfiyyətini əsaslı şəkildə dəyişməsi mümkün deyil. E.Əliyev deyir ki, bu, funksional savadsızlığın yayılması deməkdir.
E.Əliyevin sözlərinə görə, ekspertlər uzun illərdir ki, təhlillər aparır, təkliflər irəli sürürlər, amma heç bir nəticə yoxdur: “Məsələn, daimi olaraq məktəbdə monitorinqlər aparılması, təhsilin keyfiyyətinin məktəbdə mütəmadi qiymətləndirilməsi və s. - bunların hamısı təkli olunub. Misir Mərdanov da təhsili öz bildiyi kimi heç kimlə məsləhətləşmədən idarə edirdi. İndiki vəziyyət də onun davamıdır”.
TQDK-nın açıqladığı nəticələrə görə, ötənilki məzunlardan I ixtisas qrupu üzrə imtahan verən 11min 874 abitureyntdən cəmi 963 nəfəri, II ixtisas qrupu üzrə imtahan verən 7 min 224 nəfərdən cəmi 1117-i, III ixtisas qrupundakı 7812 nəfərdən cəmi 1934-ü və IV ixtisas qrupu üzrə imtahan verən 2094 abituriyentdən 235 nəfəri 200 və daha çox bal toplaya bilib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər