BolgeXeber.Com » Ölkə » Gəncədə skandal: Rektorun əmlakı hədəfə alındı

Gəncədə skandal: Rektorun əmlakı hədəfə alındı

3-06-2015, 10:58
Oxunub: 3 312 Gəncədə skandal: Rektorun əmlakı hədəfə alındı«Gəncə Dövlət Universitetində keçirilən imtahan sessiyasında rüşvət kampaniyasına start verilib»

Bu barədə Tamerlan Məmmədov adlı şəxs məlumat verib.
O yazıb ki, GDU-nun rektoru Yusif Yusifov mütəmadi olaraq lüzumsuz konfranslar keçirməklə, habelə həmin tədbirləri TV-lərdə reklam etdirməklə prosesi ört-basdır etməyə çalışır.«Yayda keçiriləcək imtahanlar üçün indidən 400-500 manatlıq məbləğ müəyyən ediblər. Yarımştat əvəzçiliklə dərs deməyə pul, saat hesabı dərsə görə bəzi fakültələrdə pul, hətta axırda saat hesabı maaşı almağa da pul istəyirlər. Hələ baş müəllim, dosent keçənləri, fəxri professor, fəxri dosent adı alanları demirik. Bunların məbləği böyükdür».
Tamerlan Məmmədov bildirir ki, universitetdə oxuyanla oxumayan arasında fərq qoyulmur.«Yusif Yusifovun əvvəlki fəaliyyəti Kənd Təsərrüfatı İnstitutunda (indi ADAU) olub. Orada uzun müddət tələbə qəbuluna rəhbərlik edib. Onun Kənd Təsərrüfatı İnstitutundakı yaddaqalan macəraları indi də “hörmətlə” xatırlanır. Halbuki kollektivdə əvvəllər də rəhbər vəzifələrdə işləmiş idarəçiliyi yaxşı bilən 10 ilin, 20 ilin professorları var».
Sözügedən şəxs onu da bildirib ki, bütün bunları rektor Yusif Yusifovun pulsuzluq üzündən etdiyinə inanmır. Çünki rektorun Samuxda, Gəncədə, Bakıda obyektləri, iaşə obyektləri, eləcə də “Şərq-Qərb” nəşriyyatının sahibi olduğunu vurğulayır.
Qeyd edək ki, Yusif Yusifov GDU-ya rektor təyinatı aldıqdan sonra ali təhsil müəssisəsində vəziyyət həddindən artıq pisləşib. Hətta edilən şikayətlərin də həddi-hüdudu yoxdur. Lakin rektorun bu şikayətlərə rəğmən postunda qala bilməsi qardaşının Maliyyə Nazirliyində yüksək post tutması və yaxın qohumlarından birinin isə Təhsil Nazirliyində vəzifə başında olması göstərilir.
BOLGEXEBER.COM