BolgeXeber.Com » Ölkə » Buzovnadakı 289 saylı uşaq bağçasında özbaşınalıq

Buzovnadakı 289 saylı uşaq bağçasında özbaşınalıq

10-06-2015, 09:42
Oxunub: 18 302 Buzovnadakı 289 saylı uşaq bağçasında özbaşınalıqXəzər rayon Buzovna qəsəbəsində yerləşən 289 nömrəli uşaq bağçasının müdirəsi Təranə Zeynalova ilə bağlı məlumat yayılıb

BOLGEXEBER.COM xəbər verir ki, bizimxeber.az-ın yaydığı məlumata görə, 2013-cü ildə Buzovna qəsəbəsində 289 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışı olub. Bağçanın açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edibdilər. 1976-cı ildən fəaliyyət göstərən bağça “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq yenidən təmir olunub. Yenidənqurma işləri nəticəsində burada uşaqlar üçün yüksək şərait yaradılıb.

Amma baxça müdirəsi Təranə Zeynalova bütün görülən işləri görməzdən gəlir. Belə ki, o, bağçada uşaqlarını qəbulu məsələsində kifayət qədər qanun pozuntularına yol verir və müəssisədə rüşvətxorluq halları yaşanır. Məlumatda bildirilir ki, övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər təxminən 300-500 manat məbləğində xərc çəkmək məcburiyyətindədirlər. Əks halda “yerimiz yoxdur” cavabı ilə qarşılaşacaqlar. Sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində.

Digər məlumata görə, 289 saylı bağçada “bağça fondu”nun hesabına və tərbiyəçi - müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 50-60 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, ölkəmizdəki uşaq bağçalarının fəaliyyəti hər zaman ictimaiyyətin tənqidinə tuş gəlib və bu tendensiya indi də davam etməkdədir. Bu gün isə uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaradır. Göründüyü kimi, bəzi müəssisə rəhbərləri öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək qərarına gəliblər.

Elə isə vətəndaşlar qarşısına çıxaraq pafoslu fikirlər səsələndirən Bakı meri Hacıbala Abutalıbov hara baxır? Və yaxud Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva uşaq bağçasının aşılışı zamanı səsləndirdiyi fikirləri müdirə Təranə Zeynalova eşitmirdimi? Əgər xanım ƏIiyevanın dediklərini eşitmişdisə niyə əməl etmir? Kimdir müdirə xanımı hər uşağa görə valideyndən 300-500 manat almağa vadar edən? Hacıbala Abutalıbovmu? Meriyada bu işlərə nəzarət erdən Eldar müəllimmi? Yoxsa kim?
Yoxsa gözdən uzaq, könüldən xoş pul qazandıqlarını kimə görmürmü? Və yaxud, katibəsi nazir kimi danışan, “Eldar müəllim balaca adam deyil” deyən meriyanın bağçalara nəzarət etmək üçün olan Eldar adlı işçisi nə iş görür? Bəlkə, xanım Zeynalovanin uşaqların qəbulundan yığdığı rüşvətdən Eldar müəllimin xəbəri yoxdur? Buna inanmaq çətindir… Əgər T.Zeynalova o pullardan Eldar müəllimə verməsəydi, yəqin ki, bu qədər şikayətlərdən sonra Eldar müəllim bir nəticə çıxarardı? Və yaxud çoxdan işdən uzaqlaşdırılmışdı…
Elə isə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına və Hesablama Palatasının aidiyyatı üzrə qurumlarına bir fakt... Sadəcə gedib Buzovnadakı 289 nömrəli körpələr evi- uşaq bağçasında baş verənləri gözünüzlə görün. Görün ki, T.Zeynalova o bağçada nələr edir…