BolgeXeber.Com » Ölkə » Ekskursiya və Turizm Şurasının sədrinin kazino biznesi

Ekskursiya və Turizm Şurasının sədrinin kazino biznesi

10-06-2015, 16:16
Oxunub: 3 390 Ekskursiya və Turizm Şurasının sədrinin kazino biznesiAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin ən yaxın adamlarından biri olan Fikrət Nuriyevin turist bazalarında qumarxanalar açdığı idda olunur

Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Ekskursiya və Turizm Şurasının sədri vəzifəsini daşıyan Fikrət Nuriyevlə bağlı AzMedia.info - ya ilginc məlumat daxil olub.Həmin məlumatda qeyd olunur ki, 25 ildir ölkədə Turizm və Ekskuriya Şurasının sədri işləyən Fikrət müəllim bu qurumun hesabına böyük sərvət əldə edib.

Daxil olan məlumata əsasən şura sədri Həmkərlar İttifqının balansında olan “Xəzər”, “Dostluq”, “Bakı-Tur” və digər turist bazalarını öz şəxsi biznes obyektinə çevirib. Belə ki, ölkədə fəaliyyət göstərən bütün turist bazalarında istirahət etmək üçün satılan “pütovkanın” pulunun 80 faizi birbaşa Fikrət Nuriyevə çatır. Həmçinin şura sədri illərdir ki, bir çox turist bazalarına ayrılan cari təmir vəsaitlərini mənimsəyir. Ancaq bütün sənədləşdirmələrdə isə həmin turist bazalarında və AHİK - bir çox binasında məcburi köçkünlərin məskunlaşmasını bəhanə edir.

Son illər Həmkərlar İttifqının balansında olan binalardan məcburi köçkünlər köçürülüb və artıq bazalar təmir edilməyə başlanıb. Bu təmir işlərində isə ciddi korrupsiya faktları olduğu bildirilir. Belə ki, təmir işlərini Fikrət Nuriyevə yaxın olan şəxslər həyata keçirməklə yanaşı, eyni zamanda qiymətlər fantastik şəkildə şişirdilir və nəticədə büdcədən külli miqdarda vəsait mənimsənilir.

Mənbə iddia edir ki, Fikrət Nuriyev Ekskursiya və Turizm Şurasının sədri vəzifəsindən sui-istifaldə edərək balansında olan bir çox turist bazalarını qumarxana obyekti kimi istifadə edir. Belə ki, bir çox imkanlı məmurlara satılan ekskursiya biletləri əslində qumar oynamaq üçün bir bəhanədir. Yəni gözdən uzaq könüldən iraq bir yer olan turist bazaları qumar oynamaq üçün ən etibarlı yerlərdən biri hesab olunur.

Mənbə bildirir ki, şura sədri bir müddət öncə bu məsələ ilə bağlı daha da qabağa gedərək turist bazalarında aşkara bir neçə kazino belə açıbmış. Dövlət başçısı İlham Əliyevin qanunsuz kazinoların ləvğ edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra və Fikrət Nuriyev açıq kazino biznesindən əl çəkib. Ancaq buna baxmayaraq mənbə bəzi turist bazalarında gizli kazinoların fəaliyyət göstərdiyini iddia edir. Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.

Bundan başqa Fikrət Nuriyevin Ekskursiya və Turizm Şurasının balansında olan bir çox bazalardakı torpaqları yaşayış yeri kimi satdığıda deyilir. Uzun illərdir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məcburi yığılan milyonlarla manat vəsaitin bir hissəsi də məhz Fikrət Nuriyevin əli ilə silindiyi iddia olunur. Bütün bunlar barədə ətraflı ikinci yazımızda. Bizi izləyin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.