Nərimanovdakı kazinonu kim himayə edir? – İDDİA
11-06-2015, 09:39
Oxunub: 6 269
Q.Məmmədov obyektlərindəki qeyri-qanuni fəaliyyətləri həm də biznes ortaqlarından aldığı güc hesabına qoruya bilir
Azərbaycanda kazinoların və loto oyunlarının qadağan olunması hər kəsə bəllidir. Lakin paytaxt Bakıda və digər böyük şəhərlərdə bir çox məmurların havadarlığı ilə gizli kazino klublarının və loto oyunlarının təşkil edildiyi ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub.
BOLGEXEBER.COM AzFakt.com-a istinadən yazır ki, Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən məşhur “Barkod” çay evinin üst mərtəbəsində də kazino və loto oyunları təşkil edilir. Həmin obyektdə müştərilərə populyar loto oyununun elektron versiyasının təqdim edildiyi iddia olunur. İddiaya görə, adı çəkilən ünvanda fəaliyyət göstərən qumarxana Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəsi Qoşqar Məmmədova məxsusdur. Belə ki, qumarxana oynanılan obyekt Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisinə məxsusdur və həmin obyekti işlədənlərin oradakı qanunsuz fəaliyyətindən Qoşqar Məmmədovun birbaşa xəbəri var.
Qeyd olunur ki, kommunal idarə rəisi obyekti icarəyə verildiyini iddia etsə də, əslində onun özü bu qumarxanadan ayda faiz alır.
Məlumatlara görə, bu məsələdə Nərimanov rayon rəhbərliyində təmsil olunan bəzi şəxslərlə iş ortağı olan Q.Məmmədov obyektlərindəki qeyri-qanuni fəaliyyətləri həm də biznes ortaqlarından aldığı güc hesabına qoruya bilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər