BolgeXeber.Com » Ölkə » ANS üzr istədi: Elnarə efirdən qovuldu - Video

ANS üzr istədi: Elnarə efirdən qovuldu - Video

10-06-2015, 17:03
Oxunub: 3 838 ANS üzr istədi: Elnarə efirdən qovuldu - Video“O qara-qura arvadlardansa, bayquş kimi belə... neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”

ANS-in aparıcısı Elnarə Təhməzovanın verilişinin birində səsləndirdiyi və cəmiyyətdə birmənalı qarşılanmayan fikirlər ətrafında qalmaqal davam etməkdədir. Daxil olan müraciətlər əsasında ANS-in Yaradıcılıq Şurası bu məsələni araşdırmağa başlayıb, aparıcı Elnarə Təhməzovanı efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və “İncə+” verilişlərinin yayımının dayandırılması barədə qərar verib. ANS MYMŞ-nın Baş Direktoru Mirşahin Ağayev bildirib ki, aparıcının efirdə səsləndirdiyi fikirlər doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi: "Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik”. ANS üzr istədi: Elnarə efirdən qovuldu - Video Elnarə Təhməzova da səhvini anladığını qeyd edib: “Mən başa düşdüm ki, səhvim var və ifadələrimdə ehtiyatsız olmuşam, bir şey demək istəmişəm, başqa cür alınıb. Hər halda çox sevdiyim, həmişə hörmətlə yanaşdığım tamaşaçımı incitmişəm, məni bağışlasınlar, onlardan və pis vəziyyətə saldığım telekanaldan üzr istəyirəm”. Xatırladaq ki, ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova efirdə bu fikirləri səsləndirmişdi: “O qara-qura arvadlardansa, bayquş kimi belə... neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”. Bu ifadələrin inanclı və hicablı xanımlara təhqir olduğunu bildirən mömin insanlar isə ötən gün ANS şirkətinə gedərək, etirazlarını bildirmiş, kanalın üzr istəməsini, aparıcının isə efirdən uzaqlaşdırılmasını istəmişdilər.