Tərtərdə gənclər Milli Qurtuluş Gününü qeyd etdilər-FOTO
12-06-2015, 12:55
Oxunub: 5 101
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev mərkəzində 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş rayon gənclərinin yığıncağını keçirmişdir
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad etmişlər.
Sonra toplantı Heydər Əliyev mərkəzinin konfrans zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq 15 iyun Milli Qurtuluş gününün müstəqil Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi bu günkü və gələcək nəsillərin yaddaşlarına əbədi həkk olunduğunu qeyd etdi, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçilərək dövlətimizi və xalqımızı xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanma kimi təhlükədən azad edərək bü günkü surətli inkişafa malik Azərbaycanın təməlini qoymasından danışdı. Bildirdi ki, Ulu Öndərin azərbaycançılıq, vətənpərvərlik ideologiyası bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məruzəçi ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlardan söhbət açdı.
Sonra rayon Gənclər və İdman idarəsinin rəis müavini Səadət Hüseynova, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov, Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusifova, Şəhər 1 saylı tam orta məktəbinin Uşaq və Gənclər birliyinin sədri Turanə Bayramlı, şəhər 2 saylı məktəb-liseyin direktor müavini Məlahət Nuriyeva, DSMF-nin rayon şöbəsinin aparıcı-məsləhətçisi Anar Rüstəmov, YAP rayon təşkilatının işçisi Arzu Yaqubova çıxış edərək öz ürək sözlərini bildirdilər.
Tədbiri rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov yekunlaşdırdı.
BOLGEXEBER.COM


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər