BolgeXeber.Com » Ölkə » Heydər Əliyev Mərkəzində növbəti təntənəli nikah mərasimi - Tərtərdə(FOTOLAR)
Heydər Əliyev Mərkəzində növbəti təntənəli nikah mərasimi - Tərtərdə(FOTOLAR)
19-06-2015, 13:05
Oxunub: 8 880
İyunun 18-də Heydər Əliyev Mərkəzində iki gəncin- Elburus Əliyevlə Nərmin Vəliyevanın təntənəli nikah mərasimi keçirilib
Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin əməkdaşları və Heydər Əliyev Mərkəzinin işçiləri iştirak etmişlər. Nikah mərasimindən öncə gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoymuşlar.
Sonra mərkəzin geniş və yaraşıqlı foyesində nikah aktının imzalanması mərasimi oldu. Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açmış, yeni ailə quran cütlüyə xoş arzularını bildirmişlər.
Qeyd olunmuşdur ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edib və ona görə də bu sahəyə qayğı ilə yanaşıb. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük önəm verir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilir.
Yeni ailə quranlar və onların doğmaları bu günün onların həyatında əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını vurğulayıb və dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə yeni ailə həyatı quran gənclərə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.
BOLGEXEBER.COM



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər