BolgeXeber.Com » Ölkə » 18may-18 iyun İnsan hüquqları aylığı çərçivəsində Hacıqabul rayonunda müxtəlif tədbirlər keçirildi

18may-18 iyun İnsan hüquqları aylığı çərçivəsində Hacıqabul rayonunda müxtəlif tədbirlər keçirildi

19-06-2015, 16:52
Oxunub: 7 578 18may-18 iyun İnsan hüquqları aylığı çərçivəsində Hacıqabul rayonunda müxtəlif tədbirlər keçirildi“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində Hacıqabul rayonunda tədbir keçirmişdir

Tədbirdə insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib. İki hissədən ibarət olan tədbirin birinci hissəsi Hacıqabul şəhər 8 saylı məktəb-liseyin akt zalında baş tutdu. Tədbirdə rayonun fəal xanımları iştirak edirdi. Rəsmi hissədə geniş məruzə ilə çıxış edən Birliyin sədri Mehriban Zeynalova insan alveri, onun yaranma tarixi, insan alverinin qurbanı olmamaq üçün lazım olan məlumatlardan söz açdı. Çıxış edən natiq bildirdi ki, insan alverinin qurbanı olmaq istəmirsinizsə, sizə xarici ölkədə yüksək ödənişli iş təklif olunarkən tələsməyin! Yüz ölçüb bir biçin. Xarici ölkələrdə təhsil almaq arzunuzu reallaşdırmazdan öncə dəqiq məlumatlanın! Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir. Tələbə vizanız olmalıdır. Xaricdə təhsil almaq üçün Sizə müqavilə təqdim edilməli, müqavilə mütləq Sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır. Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək Sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, Sizi maraqlandıran məlumalları dəqiqləşdirməyi unutmayın! Xarici ölkədə ailə qurmağa razılıq verərkən daha diqqətli olmaq lazımdır. Xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə Nikah firmalarına müraciət etməli olsanız, ilk öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin! Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olun! Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə onun vətəndaşı olduğu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumatlanın! Unutmayın ki, hər bir xarici ölkə vətəndaşı nigaha girərkən, onun haqqında bütün məlumatları əks etdirin Forma 4 anketini təqdim etməlidir.
Həmçinin xarici ölkədə olarkən bunları unutmayın: Pasportunuzu başqa şəxsə verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdim edin. Xarici ölkədə sənədləriniz itirsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluğuna müraciət edin.
Tədbirin ikinci hissəsi Hacıqabul rayon Mədəniyyət evində “Səs” qrupunun ifasında xalq mahnılarından ibarət konsert proqramı ilə davam etdirildi.


Gənc nəsli radikalizmdən və zərərli vərdişlərdən qoruyaq!
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial – mənəvi Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc nəsli radikalizmdən və zərərli vərdişlərdən qoruyaq“ adlı layihəsi çərçivəsində Hacıqabul şəhər Şahmat məktəbində turnir və 8 saylı humanitar fənlər təmayüllü məktəb liseydə isə maarifləndirici tədbir keçirildi.
Layihənin məqsədi regionlarda gənclərin radikalizm və zərərli vərdişlərdən uzaqlaşdırılması, ailə tərbiyəsinin düzgün qurulması, valideynlərin bu istiqamətdə maarifləndirilməsidir. Görüşü giriş nitqi ilə açan İB – in sədri Təranə Əhməd qeyd etdi ki, layihənin mahiyyəti gəncləri radikalizm və zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində maarifləndirilməsidir. Layihə Şirvan, Sabirabad və Hacıqabul rayonlarında ali və orta ixtisas təhsil müəssisələri tələbələri, məktəbliləri, uşaq evləri, internat məktəbləri və kimsəsiz uşaqlar, habelə onların valideynləri ilə gənclərin mövzuya dair 3 aktual istiqaməti üzrə mütəxəssislərin moderatorluğu və iştirakı ilə ictimai görüş – sessiyalarının təşkilindən və zərərli vərdişlərə qarşı təbliğat vəsaitlərinin ictimai piarından bəhs edir. Ümumiyyətlə, radikalizm bütün zamanlarda və toplumlarda müxtəlif şəkillərdə təzahür edən zehniyyət tərzidir. Radikallıq əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının düşüncəsindən, psixologiyasından qaynaqlanmaqdadır. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır.
Tədbirdə İB-in təlimçisi Vüsal Əhməd, RİHBA-nın məsul işçisi İmaməddin İmanov, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşı Şaiq Qulamov, Hacıqabul şəhər Uşaq Xəstəxanasının həkim pediatrları Nigar Abıyeva, Tamara Süleymanova, MKS-nin əməkdaşı Elmira İbrahimova, Musiqi məktəbinin müəllimi Nicat Baxşıyev, 8 saylı humanitar təmayüllü məktəb-liseyin təşkilatçısı Təranə Abdullayeva, 10 saylı texniki fənlər təmayüllü məktəb liseyin kitabxana müdiri Amalya Rəhimova çıxış edərək bildirdilər ki, gənclərin istər narkomaniyaya meyllilik hallarının artması, istərsə də müxtəlif dini təsirlərdən sığortalanmaması baxımından, xüsusən də, kimsəsiz, nəzarətdən kənar qalan uşaqların radikalizm və zərərli vərdişlərdən qorunması üçün uşaq, yeniyetmə, gənclər və onların valideynləri üçün maarifləndirmə kompaniyalarının təşkilinə zərurət böyükdür. Uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsində idmanın əvəzsiz rola malikdir. Dini radikalizmə qarşı mübarizənin ən başlıca yolu maarifləndirmədir.
BOLGEXEBER.COM