BolgeXeber.Com » Ölkə » Bakı Məktəbəqədər Kollecin direktorunaa havadarlıq edən millət vəkili kimdir?

Bakı Məktəbəqədər Kollecin direktorunaa havadarlıq edən millət vəkili kimdir?

23-06-2015, 16:01
Oxunub: 4 043 Bakı Məktəbəqədər Kollecin direktorunaa havadarlıq edən millət vəkili kimdir?Redaksiyamıza daxil olan məlumatlara görə Bakı Məktəbəqədər Kollecin fəaliyyəti heç də ürəkaçan deyil

Məktəbin direktoru Vaqif Əmiraslanov eks-nazir Misir Mərdanovun təhsilə verdiyi “ tövsiyələri” canla-başla yerinə yetirir. Bir sözlə təhsil ocağları gəlir mənbə kimi istifadə edilir desək yanılmarıq.

Mənbə iddia edir ki, Vaqif müəllim , Əhliman Əmiraslanova güvənərək “bazar” pirinsipi ilə məktəbdə fəaliyyətini davam etdirir. Nəzərinizə çatdıraq ki, Əhliman Əmiraslanov Tibb Universitetin rektoru, millət vəkilidir. Elə bu amil direktora böyük dəsdək kimi hesablanır.

Məktəbin daxilindən sızan məlumatlarda bildirilir ki, Vaqif Əmiraslanov hər smestr 400(əyani)-600(qiyabi) manat aralığında pul yığımı üçün göstəriş verib. Direktorun tədbiq etdiyi qanunlara tabe olmayan müəllim(lər) heç bir səbəb olmadan Bakı Məktəbədəqər Kollecindən uzaqlaşdırılır.

Bu minvalla Vaqif Əmiraslanov üstəlik özünün şəxsi biznesini də genişləndirib. Kollec direktorunun əldə etdiyi biznesi isə daha maraqlıdır. Belə ki, müəllimlik fəaliyyətindən əlavə biznes əlaqələri genişləndirmək, onu daha da artırmaq hər “müəllimin” işi deyil. Əlbətdə ki, “bacarana can qurban” deyib atalarımız.

Amma cəmiyyətin barışmadığı bir necə səbəb var ki, onu da Vaqif Əmiraslanovu belə maraqlandırmır. Təhsilin inkişafı üçün dövlətimiz tərəfindən müəyyən addımlar atılır. Lakin bəzi qaraniyyətli direktorlar bu humanist addımdan özlərinin şəxsi mənafeyi üçün lazımınca istifadə edir. Qubada obiyeklər, şadlıq sarayı daha nələr... nələr....

Olsun nə deyirik, təki millətin gələcəyi olan təhsilimiz “müəllimlərə” qurban verilməsin. Dosye.org olaraq inanırıq ki, Təhsil Naziri Mikayıl Cabbarov Bakı Məktəbəqədər Kolleci nəzarətə götürəcək. Və bu təhsil ocağında baş verən korrupsiya hallarını aradan qaldıracaq. Biz buna əminik...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dosye.org

P.S. Əldə etdiyimiz daha bir məlumatı vurğulamaq prinsipi ilə bildirək ki, Vaqif Əmiraslanov yaxın günlərdə ölkə xaricinə yola düşür.