BolgeXeber.Com » Ölkə » Bakıda taksi sürücüsü baş partlatdı, özünü doğradı... - sonra polisə şər atdı
Bakıda taksi sürücüsü baş partlatdı, özünü doğradı... - sonra polisə şər atdı
25-06-2015, 12:17
Oxunub: 5 463
Bakıda polis şilləsi alan sürücünün özünü doğraması xəbərinə Daxili İşlər Nazirliyi münasibət bildirib
Milli.az iki gün əvvəl 20 Yanvar dairəsi ərazisində Bakıdan Sumqayıta sərnişin daşımaqla məşğul olan taksi və mikroavtobus sürücüsü arasında dava olması, yol polisi əməkdaşının taksi sürücüsünü vurması xəbərini dərc etmişdi.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında bildirib ki, dava "Azsamand" markalı taksi sürücüsü ilə mikroavtobusun sürücüsü arasında olub. "Azsamand"ın sürücüsü Nəcməddin Əsgərov mikroavtobus sürücüsü Nemət Yusifovla bir-birinə yol verməmək üstündə mübahisə ediblər. N.Yusifov taksi sürücüsünə yaxınlaşaraq ona yol verməsini xahiş edib. N.Əsgərov isə onu təhqir edib və aralarında dava başlayıb. Nəcməddin yerdən daş götürərək Nemətin başına vurub, sonra isə öz damarlarını doğrayıb.
Hadisə ilə bağlı polisə məlumat verilib və dərhal hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib. Nəcməddin və başı partlayan Nemət xəstəxanaya gedib və həkimlər tərəfindən ona yardım edilib. Hazırda polis tərəfindən araşdırma aparılır.
Nazirlik rəsmisi əlavə etdi ki, polis tərəfindən döyüldüyü deyilən N.Əsgərov 32 yaşı olmasına baxmayaraq, 4 dəfə məhkumluq həyatı yaşayıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər