Sabir kollecində gestapo: Baş Prokurorluğa korrupsiya ŞİKAYƏTİ
14-07-2015, 15:07
Oxunub: 1 322
Sabir adına Pedaqoji kollec rüşvət yuvasına çevrilib
Təhsil ocağında açıq şəkildə tələbələrdən semestr qabağı pul tələb olunur və onlarla sərt leksikonda danışılır. Gestapo rejimində olduğu kimi bu kollecdə də ağır şərtlər hökm sürməkdədir.
Tələbələrin şikayətinə məhəl qoyan yoxdur. TİA.AZ-a bu haqda məlumat verən bir qrup tələbənin sözlərinə görə, təhsil naziri Mikayıl Cabbarov sözügedən məktəbdən daxil olan şikayətləri araşdırmır. Onların dediyinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təftiş etsə, rektorun və şöbə müdirlərinin qanunsuz əməllərini ifşa edə bilər.
Kollec direktoru Nurlana Əliyevanın tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri tələbələrə xəbərdarlıq edirlər. Bununla yanaşı, imtahanlardan keçmək üçün lazım olan pulun həcmini də deyirlər. Kim tələb olunan pulu vermək istəməsə, müxtəlif yollarla təzyiqlərə məruz qoyurlar.
Tələbələr deyirlər ki, təzyiqlər həqiqətən var və vaxtında rüşvəti çatdırmayan yaxud bir hissəsini gecikdirənlər otağa salınaraq hədə-qorxuya məruz qalır. N.Əliyeva isə himayəçilərinə güvənərək kollecdə “at oynadır”.
Məlumatda bildirilir ki, Nurlana Əliyeva dərsə davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Çünki dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 500 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat civarında müəyyənləşdirilib.
Dövlət imtahanı verən tələbələr isə daha ciddi problemlə üzləşiblər. Belə ki, onlara qarşı daha sərt mövqe tutulur və yüksək məbləğdə pul tələb olunur.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri gələndən sonra imtahanlarda pul yığımı ilə bağlı sərt tədbirlər həyata keçirməyə başlasa da, deyəsən, Sabir adına Pedaqoji Kollecin rəhbərliyi nazirin təpkisinə məhəl qoymayaraq öz bildiklərini edirlər. Əksinə, rüşvətalmanın yeni metodlarını tapmaq istiqamətində səyləri gücləndirib.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət