BolgeXeber.Com » Ölkə » Mədət Quliyevin işçilərinə ŞOK İTTİHAM - Məhkumu soyundurub videoya çəkib pul tələb etdilər
Mədət Quliyevin işçilərinə ŞOK İTTİHAM - Məhkumu soyundurub videoya çəkib pul tələb etdilər
15-07-2015, 18:14
Oxunub: 6 318
Məhkum atasının sözlərinə görə, iyulun 8-də görüşdən sonra oğlundan 5 manat istəyiblər
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Rövşən Qərib oğlu Əmirova işgəncə verilib. Bu haqda “Yeni Müsavat”a onun atası Qərib Əmirov məlumat verib. O deyib ki, oğluna işgəncə verən müəssisənin dəstə rəisi, baş ədliyyə leytenanatı Elman Nuriyev və onun köməkçisi məhkum Telman Arif oğlu Rəsulovdur.
Məhkum atasının sözlərinə görə, iyulun 8-də görüşdən sonra oğlundan 5 manat istəyiblər. O da deyib ki, pulu yoxdur. Bundan sonra onu E.Nuriyev otağına aparıb və orada ona işgəncə veriblər. “Elman Nuriyev oğlumun əllərini tutub, köməkçisi isə 15-lik dəmir su borusu ilə onun böyrəklərinin üstünə vurub. Huşu itəndən sonra isə paltarlarını çıxarıb lüt şəkildə videoya çəkiblər. Oğluma deyiblər ki, əgər pul verməsən sənin lüt videonu məhkumlara göstərəcəyik. Oğlumdan əvvəl Ceyhun adlı məhkumun videosunu çəkib göstəriblər. Oğlum müəssisə rəisinə bu haqda məlumat verib. Qaradağ rayon Prokurorluğuna da şikayət etmişik” – deyə məhkumun atası bildirib.
Məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər