Əkbər İsmayılov cinayətkara havadarlıq edir?
17-07-2015, 15:13
Oxunub: 12 689
"Yasamal rayon Polis İdarəsinin rəisi polkovnik Əkbər İsmayılov cinayətkara havadarlıq edir. Ona bu işdə, rayon prokuroru Rasim Hacıyev də yaxından köməklik edir"
Bu sözləri, ARAZMEDİA.az-a açıqlamasında Araz Media Qrupun rəhbəri Fariz Quliyev deyib. Qeyd edək ki, 2015-cil iyun ayının 27-si Fariz Quliyevə, Yasamal rayonu ərazisində tanımadığı şəxs hücum etmiş, ona müxtəlif bədən xəsarətləri yetirmiş, telefonunu götürüb qaçmışdır. Faktla bağlı baş redaktor, Əkbər İsmayılova şəxsən məlumat vermişdir. Həmin şəxs 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Rəis əvvəlcə nə lazımsa tədbir görüləcəyini desə də, sonra hansısa maraqlarına boğularaq, cinayətkarı sərbəst buraxmışdır. Bölmədən isə baş redaktora bildirmişlər ki, onu vuran şəxs rəis Əkbər İsmayılovun restoranlarından birində aşpaz işləyir. Rayon prokuroru Rasim Hacıyev də "paqon yoldaşına" dəstək vermişdir bu işdə. Fariz Quliyev Baş Prokurora və digər aid üst qurumlara şikayət etmişdir. "Mənə dedilər ki, rəisin aşpazıdır o şəxs. Görünür, Əkbər İsmayılovun haram yolla əldə etdiyi ət-yağ aşpazı, bordaq buğalar kimi qızdırıb. Bu gün məni, jurnalisti-baş redaktoru vuran şəxs, sabah millət vəkilini, hakimi, Prezident Administrasiyasının işçilərini vura, hətta öldürə bilər. Cünki onun üçün heç nəyin, heç kimin əhəmiyyəti, biri-birindən fərqi yoxdur"
Baş redaktor Prezidentə müraciət edəcəyini bildirmişdir.
Qeyd olunan faktla bağlı nə polis rəisi Əkbər İsmayılovla, nə də rayon prokuroru Rasim Hacıyevlə əlaqə saxlaya bilmədik. Cənablar zənglərimizi cavabsız buraxdılar.
Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər