BolgeXeber.Com » Ölkə » Qarasu əməliyyat şirkətində etiraz aksiyaları - İslam Ovçiyev fəhlələrin haqqını niyə vermir
Qarasu əməliyyat şirkətində etiraz aksiyaları - İslam Ovçiyev fəhlələrin haqqını niyə vermir
20-07-2015, 14:14
Oxunub: 10 030
"Əgər şirkət pul ödəmirsə niyə hər ay 1200 kişinin maaşından 2 faiz pul tuturlar?"Əgər şirkət pul ödəmirsə niyə hər ay 1200 kişinin maaşından 2 faiz pul tuturlar?
Teref.infoya verilən məlumata görə, Şirvanda yerləşən Qarasu əməliyyat sirkətinin Mişovdağ neft mədən sahəsinde Mühəndis Texniki Mərkəzin qarşısında 300 nəfərlik mitinq olub. Bütün sexlərin fəhlə və texniki mühəndis heyətinin mitinq kecirməkdə məqsədi son günlərdə şirkət rəhbərliyi haqqında internetdə gedən korrupsiya hallarına SOCAR-ın və dövlət aparatının reaksiya verməməsi, bayram günündə işçilərə bayram pulu vəd olunsa da verilməməsi, sığorta olunan işçilərə güzəştlərin edilməməsi və xəstələrin öz cibindən pul ödəmələri olub. Şirkətin vitse prezidenti İslam Ovçuyev şirkətin pulunun olmadığını bəhanə gətirərək fəhlələrin bayram pullarını kəsib. Mənbəmizin verdiyi xəbərə görə şirkət neft hasilatını gündə 1000 tondan 290 tona salıb.
Mənbəmizin verdiyi xəbərə görə şirkətdə elə bir çox maliyyə maxinasiyalarının başında İslam Ovçiyev durur. Onun haqqında dəfələrlə mətbuatda tənqidi yazılar gedib. bu yaxınlarda şirkətdə 12 milyonluq yeyinti ilə bağlı gedən yazının badına da, İslam Ovçiyevin qohumu olan admnistrasiyanın müdiri Zaur müəllim işdən çıxarıldı.
İslam müəllimin qohumu olan Namiq müəllimi şirkətin mühafizəsinin rəisi və o biri qohumu Zaur müəllimi isə sex müdiri qoymuşdu. Onların əli ilə borular satılırdı və bu yaxınlarda bu məsələnin üstü açılmıdı. Aranı sakitləşdirmək üçün İslam müəllim Zauru işdən çıxartdı.
İşçilərin tələbi yerinə yetirilmir. İslam Ovçiyev deyir ki, sığorta şirkəti pul vermir. Bizim sığorta şirkətimiz ATA SIĞORTA -dır. Sığorta şirkətinə müraciət edirik bizə deyirlər ki, şirkət pul ödəımir. Yaxşı əgər şirkət pul ödəmirsə niyə hər ay 1200 kişinin maaşından 2 faiz pul tuturlar?
İslam Ovçiyev deyilənlərə görə SOKAR-ın xarici əlaqələr şöbəsinin müdiri Vaqif Əliyevin qohumudur. Ona arxayın olaraq şirkəti çapıb talayır.
Mitinqdə iştirak edən fəhlələrin tələbi isə odur ki, şirkəti yoxlayıb bu korrupsionerlərin axırına çıxsınlar və fəhlələrin qazandıqları pulları özlərinə versinlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər