BolgeXeber.Com » Ölkə » 6-cı sinif şagirdi icra başçısına dərs keçdi - Qubada

6-cı sinif şagirdi icra başçısına dərs keçdi - Qubada

21-07-2015, 10:53
Oxunub: 4 875 6-cı sinif şagirdi icra başçısına dərs keçdi - Qubada"Qubada Kitabxana çayxanaya çevrilir. İcra başçısı hara baxır ?

Bolgexeber.combildirir ki,son günlər "Facebook" sosial şəbəkəsində Qubada xaraba qalmış kitabxanalar haqda müzakirələr bu mövzuya müraciət etmək zərurəti yaradıb. Quba rayonunda kitabxanalar məhv olmaq təhlükəsi yaşayır, rayon İcra Hakimiyyəti isə buna göz yummaqdadır. Qubada mədəniyyət və turizm sektorunda ciddi pullar oynandığı üçün icra başçısı Yaşar Məmmədovun əsas maraq dairəsində otellər və turizim sahəsi olduğundan bu sahəyə həddən çox diqqət ayıraraq nəzarətdə saxlaması haqda dəfələrlə mətbuatda yazılar gedib. Ancaq Yaşar Məmmədovun yadına salan yoxdur ki, mədəniyyət və turizmə kitabxanalar da daxildir, bu rayonda isə kitabxanaların fəaliyyəti iflic olub, bəzi yerlərdə çayxana kimi fəaliyyət göstərir. Quba rayon Afurca kənd kitabxanasının neçə illərdi ki, qapısı açılmır, bura kitabxanadan daha çox xaraba qalmış tövləyə oxşayır.

Bu xaraba qalmış kitabxananın şəkillərini çəkən azyaşlı Ayxan Zahidzadə ilə "Facebook" vasitəsilə əlaqə saxlayaraq çəkdiyi şəkilləri ictimailəşdirmək qərarına gəlmişik.

Məktəblinin fikirlərini olduğu kimi təqdim edirik:

"Bəlkə hörmətli Yaşar müəllim baxıb dərs götürə.

Mən Ayxan Zahidzadə Milli qəhrəman Paşa Nəzərov adın 60 saylı məktəbin 6 - cı sinfinə keçmişəm. Cəfər Cabbarlı adına və Firudin Bəy Köçərli adına kitabxanalarda çox oluram. Biz Qubaya istirahətə gedərkən Təngaltından şəlaləyə qalxan yolun üstündə olan kənddəki acınacaqlı mənzərə diqqətimi çəkdi.

6-cı sinif şagirdi başçıya dərs keçdi

Kənddə uşaqlarla söhbət etdim, onlar bu kitabxananın açıq olduğunu heç xatırlamadıqlarını bildirdilər. Uşaqlarla söhbətdə gördüm ki, onlar üçün kitabxananın necə olduğu çox maraqlıdır. Çox istərdim ki, kənd uşaqları yay tətilində kitabxanadan istifadə etsinlər. Mən çalışıram ki, kitab toplayım və həmin kənddəki uşaqlar üçün göndərim. Bu tikili çox bərbad vəziyyətdədir, tikiliyə bitişik çayxana isə işləyir. Yağış yağanda deyirlər köhnə taxta qapısından içəriyə su dolur. Çox heyf ki, Bakıdə yerləşən işıqlı təmtəraqlı kitabxanalardan istifadə edən çox azdır. Bəziləri məni qınadı ki, o kənddə kimdir kitab oxuyan? İnternet var, amma uşaqlar internet üzərindən sadəcə oynayır. Xeyr, o kənd yüksəklikdə yerləşdiyi üçünümumiyyətlə internet yoxdu.

Uşaqlar küçədə daş üstündə oturub kəndə gələn turistləri və imkanlı şəxsləri izləyirlər. Onlar hətta öz kəndlərində istirahət etmək üçün pul xərcləməlidirlər, çünki istirahət mərkəzləri pulludur və qiymətləri də ürəkaçan deyil. Bir sözlə, çox istərdim ki, o kənddə gözəl kitabxana olsun. İnanın, o uşaqlar kitabxanadan maraqla istifadə edəcəklər. Bəlkə də sabahın alimi, həkimi, naziri olacaqlar. Demək istərdim ki, bu dövrdə təhsil pullu da var, pulsuz da, imkanı olmayan uşaqları da düşünək heç olmasa, onlar öz bilikləri gücünə hansısa zirvəyə çatsınlar. İnanıram ki, bu kitabxana düzələcək və bunu Quba İcra Hakimiyyətindən xahiş edirəm.

Ümid edirəm Quba rayon icra hakimiyyəti başçısı Yaşar Məmmədov bütün bu deyilənlərdən nəticə çıxaracaq və kitabxananın təmir edilməsi üçün işlər görəcək . Hərçənd adamın buna inanmağı gəlmir."
Bolgexeber.com
6-cı sinif şagirdi icra başçısına dərs keçdi - Qubada
6-cı sinif şagirdi icra başçısına dərs keçdi - Qubada