BolgeXeber.Com » Ölkə » “Qara muhasib” İlham Rəhimovun qohumudur ?

“Qara muhasib” İlham Rəhimovun qohumudur ?

23-07-2015, 12:45
Oxunub: 6 721 “Qara muhasib” İlham Rəhimovun qohumudur ?Bütün obyektlərin icarə haqqlarından hər ay Rəhim Rəhimov 500 min dollar pul yığır

Bir müddət əvvəl Qafqaz Xəbər Agentliyi “Üç icra başçısının “qara muhasib”i kimdir?” başlıqlı məqalə dərc etmişdi. Məqalə Şəmkir sakini Rəhim Rəhimov və onun buyruqçularının Gəncəbasar zonasındakı maddi çətinliklərdən, böhrandan sui-istifadə edərək 3 rayonun (Gəncə, Şəmkir və Göygöl ) sakinlərinin mal-mülklərini dəyər-dəyməzinə almasından bəhs edirdi. Qısa xatırlatma üçün bildirək ki, Gəncə şəhərində, Şəmkirdə və Göygöl rayonunda Rəhim Rəhimovun ofislərinin qarşısında camaat növbəyə durur ki, sonuncu ümid yeri olan mal-müklərini dəyər-dəyməzinə Rəhim Rəhimova satsınlar. Rəhim Rəhimov Şəmkir camaatının əmlakını dəyər-dəyməzinə alanda onlara deyir ki, mən Alimpaşanın (rayonun icra başçısı ) qara muhasibiyəm, onun bütün qaranlıq maliyyə işlərini mən aparıram.

Göygöldə olanda isə oranın camaatına deyir ki, Gəncə-Şəmkir DYP postunun yaxınlığında Göygölün ərazisində rayonun icra başçısı ilə şərikli tikinti materialları bazarı açmışam. Gəncə şəhərində isə camaata deyir ki, Elmar Vəliyevin “qara muhasib”iyəm. Məlumat üçün bildirək ki, Rəhim Rəhimov Gəncə şəhərində Tağıyev Moll ticarət mərkəzinin 70 faizinə sahibidir, Gəncənin Nizami küçəsində ikimərtəbəli dörd dükanı, Gəncə -aeroport yolunun üstündə “Mercedes” avtomobil salonu, Şəmkir rayonunda yanacaqdoldurma məntəqəsi, Şəmkirdə şadlıq sarayı, Gəncə-Tovuz yolunda 72 hektar əkin sahəsi, Şəmkir-Tovuz yolunun üstündə 1 hektarlıq tikinti materialları bazarının içində satış sahəsi, Gəncə-Bakı yolunda Yevlax avtovağzalını keçən kimi tikinti materialları bazarı. Üstəlik Bakı şəhərində isə Torqovı küçəsində 6 dükanı, “Caspian” ticarət mərkəzində 4 obyekti var.“Qara muhasib” İlham Rəhimovun qohumudur ? Bütün bu obyektlərin icarə haqqlarından hər ay Rəhim Rəhimov 500 min dollar pul yığır. Tikinti bazarında taxta alverindən başqa Rəhim Rəhimovun digər biznesi də var. O Ukrayna istehsalı olan dəmir-armatur biznesi ilə də məşgul olur. Gəncəbasar zonasının camaatı maraqlı bir epizod da danışır. Onların dediyinə görə, Rəhim Rəhimov başçının yanından çıxan kimi, mütləq nümayişkaranə şəkildə polis rəisi ilə görüşə gedir, yəni mən “odda yanmaz, suda batmaz”am. Camaata göstərmək istəyir ki, məndən şikayət etməyin faydası yoxdur. Qafqaz Xəbər Agentliyinə daxil olan son məlumata görə, “qara mühasib” Rəhim Rəhimov məşhur iş adamı, professor İlham Rəhimovun qohumu imiş. Biz məlumatı dəqiqləşdirə bilməsək də, bir məsələ bizim üçün aydın oldu. Axı, heç kimin tanımadığı hansısa Rəhim Rəhimovda bu qədər kapital haradan ola bilərdi ki, 3 rayonun əmlakını, mal-mülkünü özəlləşdirsin. Deməli, “qara mühasib”in professorla qohumluğunda məntiq və əsas var. Araşdırmamız davam edir.
“Qafqaznews”