BolgeXeber.Com » Ölkə » 22 ildir dəniz suyu içən məcburi köçkünlər prezidentə müraciət etdi - NARAZILIQ VAR...

22 ildir dəniz suyu içən məcburi köçkünlər prezidentə müraciət etdi - NARAZILIQ VAR...

23-07-2015, 13:08
Oxunub: 5 005 22 ildir dəniz suyu içən məcburi köçkünlər prezidentə müraciət etdi - NARAZILIQ VAR..."Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli idarələrinin rəhbər şəxsləri vətəndaşları su ilə sınağa çəkir, üstəlik onlara qarşı kobud münasibət sərgiləyirlər

Son illərdə ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən içməli su ilə təminatı və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Regionların inkişafını, əhalinin həyat səviyyəsinin yüksəldilməsini və insanların sağlamlığını prioritet elan etmiş prezident İlham Əliyev ölkənin şəhər və rayonlarının, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı mühüm qərarlar verib.

"Gündəlik Bakı" bildirir ki, regionların, həmçinin Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, eləcə də 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı dövlət sənədində içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər öz əksini tapıb, artıq onların böyük bir hissəsi uğurla reallaşdırılıb. Bu mühüm dövlət sənədlərinin icrası ilə əlaqədar Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında infrastrukturun sürətli inkişafı nəzərə alınaraq su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin səmərəliliyini artırmaq üçün konkret tədbirlər həyata keçirilir. Bu sahədə görülən müsbət işlərə baxmayaraq, bəzi nöqsanlar qalmaqdadır. Daha dəqiq desək, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) bəzi yerli idarələrinin rəhbər şəxsləri vətəndaşları su ilə sınağa çəkir, üstəlik onlara qarşı kobud münasibət sərgiləyirlər. Xəzər rayonu Mərdəkən qəsəbəsi Ramin Qasımov küçəsində yaşayan 15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsi də paytaxt rayonunda məskunlaşmalarına rəğmən, içməli su sarıdan əzab-əziyyət çəkirlər. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar neçə illərdir ki, içməli suyun üzünə həsrət qalıblar. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən məcburi köçkün ailələri üzləşdikləri problemi belə şərh ediblər: "15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsi və bizimlə yanaşı yaşayan digər 8 ailə adından yazıb sizə bildiririk ki, 1993-cü ildən, yəni məcburi köçkün düşdüyümüz vaxtdan etibarən bu ünvanda məskunlaşmışıq. İndiyə qədər içməli suyumuz olmadığı üçün insan sağlamlığına zərər vura biləcək çirkab dəniz suyu ilə qidalanırıq. Yaşadığımız binanın 70-80 metrliyindən içməli su xətti keçir. Dəfələrlə Xəzər rayon Sukanal İdarəsinə müraciət etməyimizə baxmayaraq, heç bir müsbət nəticə əldə edə bilməmişik. Bu günə kimi yaşadığımız ünvana su xətti çəkməyiblər. 22 ildir ki, dəniz suyu ilə çimir və bu sudan məişətdə istifadə edirik. Çıxılmaz vəziyyətdə qalmışıq, hara gedəcəyimizi, kimdən kömək istəyəcəyimizi bilmirik. Burda məskunlaşan və aşağıda adları qeyd olunan sakinlərin adından müraciətimizi qəzetiniz vasitəsilə cənab prezident İlham Əliyevə çatdırmağınızı xahiş edirik. İlham Əliyev cənablarına güvənirik. İnanırıq ki, o bizim üzləşdiyimiz problemdən xəbər tutsa, dərhal yardım göstərəcək". Qeyd edək ki, prezidentə müraciət edən məcburi köçkünlər bunlardır:

Mirzəyev Sabir AZE ¹ 08829428,

Mirzəyev Bəhmən AZE ¹ 08174346,

Mirzəyeva Nənəqız AZE ¹ 14185140,

Mirzəyeva Əsli AZE ¹ 02611218,

Mirzəyeva Cəmalə AZE ¹ 08174334,

Mirzəyev Əfqan,

Mirzəyeva Dilarə AZE ¹ 09665594,

Mirzəyev Bəhmən (azyaşlı),

Mirzəyev İdris (azyaşlı),

Süleymanov Kənan AZE ¹ 08397603,

Süleymanova Azadə AZE ¹ 15982870,

Sofiyeva Yeganə AZE ¹ 08397607,

Süleymanov Uğur (azyaşlı),

Süleymanov Oktay (azyaşlı),

Süleymanov Dilqəm AZE ¹ 07431592,

Süleymanova Günay AZE ¹ 13021420,

Süleymanov Rəşad AZE ¹ 15001047,

Süleymanova Afərim AZE ¹ 13858539,

Quliyev Qulu AZE ¹ 4006292,

Quliyeva Samirə AZE ¹ 14868044,

Quliyev Hüseyn (azyaşlı),

Məmmədov Mübariz AZE ¹ 03495295,

Quliyeva Səbinə AZE ¹ 14186154,

Quliyeva Nərmin AZE ¹ 11037044,

Mirzəyeva Şahnaz AZE ¹ 09742444,

Məmmədli Sənan,

Məmmədli Amin (azyaşlı),

Allahverdiyev Rəşad AZE ¹ 13023222,

Həsənova Raziyə AZE ¹ 15001251,

Allahverdiyeva Tahirə AZE ¹ 14999478,

Allahverdiyeva Turanə AZE ¹ 13021410,

Quliyeva Aidə AZE ¹ 08208173,

Məmmədov Hacıqulu AZE ¹ 05728180,

Məmmədli Zülfüqar AZE ¹ 827404,

Məmmədli Firuzə AZE ¹ 230623,

Əhmədov Akif AZE ¹ 07511708,

Əhmədova Məhəbbət AZE ¹ 08872241,

Əhmədov Ülvi AZE ¹ 08739483,

Quliyeva Günay AZE ¹ 08208169,

Quliyeva İradə AZE ¹ 13024504,

Bağırova Rəksanə AZE ¹ 13083002.

Biz "Azərsu" ASC tərəfindən həyata keçirilən layihələri müsbət qiymətləndiririk. Amma belə hallarla qarşılaşanda adam məyus olur. ASC-nin prezidenti Qorxmaz Hüseynov məcburi köçkün həyatının, doğma torpağı itirməyin nə olduğunu yaxşı bilir. Çünki o da məcburi köçkün rayonundandır. Ölkəmizin sürətlə inkişaf etdiyi, su təchizatının yaxşılaşdırılmasına milyardlarla vəsaitin ayrıldığı bir vaxtda, Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsində məskunlaşmış məcburi köçkün ailələri dəniz suyu içirlər. Bu, sadəcə dəhşətdir, dəhşət. Biz inanmaq istərdik ki, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov cənabları adları çəkilən insanların içməli su ilə təmin edilməsi barədə göstəriş verəcək və indiyə qədər həmin insanların şikayətinə biganə qalan Xəzər rayon Sukanal İdarəsinin rəhbərliyini layiqli şəkildə cəzalandıracaq.

Şikayətlə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.