BolgeXeber.Com » Ölkə » Şöbə müdiri nazirliyin adından yalan danışır?

Şöbə müdiri nazirliyin adından yalan danışır?

24-07-2015, 11:31
Oxunub: 3 219 Şöbə müdiri nazirliyin adından yalan danışır?Bakının Şıx qəsəbəsində yerləşən “Aqua-Park Şıx” çimərliyində iki nəfər ölümdən dönüb

Gunxeber.com-a daxil olan məlumata görə, hadisə bu günlərdə adambaşına girişin 5 manat olduğu “Aqua-Park Şıx” çimərliyindəki su attraksionunda baş verib. Bu çimərlikdə hovuz olduğundan müştərilər dənizə buraxılmırlar və çimərliyin daxilindəki müxtəlif məkanlarda istirahət edirlər, əylənirlər. Aldığımız məlumatda bildirilir ki, iyulun 15-də “Aqua-Park Şıx” çimərliyində istirahət edən Emin və Fərid adlı şəxslər ordakı su attraksionunda əylənirlərmiş. Onlar attraksionda olarkən qəfil su kəsilib və attraksion dayanıb. Orada əylənənlər isə hündürlükdən hovuzun içərisinə yıxılaraq ağır xəsarətlər alıblar. Bu zaman ətrafda başqa şəxslər olmadığından onlar bir-birinə kömək etməklə hovuzdan çıxıblar. Çimərlik rəhbərliyi bu hadisədən xəbər tutan kimi dərhal onlara yardım göstərilib və həmin şəxslərdən bu məsələni açıb-ağartmamaq xahiş olunub. Onlara bildirilib ki, evdə müalicə olunsunlar və bütün xərclər rəhbərlik tərəfindən ödəniləcək. Qarşılıqlı razılaşma əsasında belə də olub.

“Aqua-Park Şıx” rəhbərliyinin təhlükəsizlik qaydalarına əməl olunmadığına görə baş verən bu hadisənin onlara ciddi başağrısı yaradacağından narahat olaraq olayı gizlətməyə çalışdığı iddia olunur. Bu məlumatla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələni araşdırmaq üçün “Aqua-Park Şıx” – çimərliyinin telefonlarına dəfələrlə zəng etsək də cavab verən olmadı.

Bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva ilə əlaqə saxladıq.

Müxbirimizin “istirahət mərkəzlərinə və çimərliklərə lisenziyanı Mədəniyyət və Turizm nazirliyi verir”? sualına mətbuat katibi bizə, şöbə müdiri Vüqar Şıxməmmədovun nömrəsini verərək “bu nömrəylə əlaqə saxlayın” dedi”

Biz verilən nömrəylə əlaqə saxladıq və sualımzı Vüqar Şıxməmmədova ünvanladıq.qonaq5 “Xeyr, Mədəniyyət və Turizm Nazirliyi ancaq otellərə lisenziya verir” deyə Vüqar Şıxməmmədov cavab verdi.

Müxbirimizin “bəs istirahət mərkəzləri və dənizkənarı çimərliklərə hansı struktur lisenziya verir”? sualına isə şöbə müdiri “mən bilmirəm” deyə cavab verdi. Biz yenidən mətbuat katibi Zöhrə Əliyeva ilə əlaqə saxladıq.

Müxbirimizin sualına mətbuat katibinin cavabı belə oldu: “Siz şöbə müdiri ilə danışdınız ,bütün suallarınızı ona verərdiniz. Daha mənə niyə zəng edirsiniz?! O nə deyibsə odur”.

Müxbirimizin “Axı bu da turizim obyektidir, turizim obyektlərinə Mədəniyyət və Turizm nazirliyi lisenziya vermir”?sualına mətbuat katibi “sağ olun” deyərək dəstəyi asdı.

Araşdırma nəticəsində bir neçə il qabaq nazirliyin istirahət mərkəzinə verdiyi lisenziyanın dayandırılması ilə bağlı bəyanatı sizlərə təqdim edirik.

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.1.2. və 5.1.4. bəndlərini rəhbər tutaraq, Mədəniyyət və Turizm Nazirliyinin 15.05.2012-ci il tarixli, 291 nömrəli əmrinə əsasən “Nyu Sfera-Turizm” MMC-yə məxsus İsmayıllı rayonu, İstisu kəndi ərazisində yerləşən “Gree4ff51WP_20130311_006n House” istirahət mərkəzinə (hüquqi ünvanı: Bakı şəhəri, 2382-ci məhəllə, B. Nuriyev küçəsinin şimal qərbi, qeydiyyat nömrəsi 127, 26.12.2007-ci il tarixli, seriya №-si 036629) verilmiş lisenziyanın fəaliyyəti dayandırılmışdır. mct.gov.az

Biz bu məsələ ilə bağlı hüquq müdafiəçisi Tağı Hüseynov ilə əlaqə saxladıq. “Əgər burda xüsusi hovuzlar, çimərlik varsa bu istirahət mərkəzidir və bunun lisenziyası olmalıdır”.

Müxbirimizin “Nazirliyin şöbə müdiri qeyd etdi ki biz ancaq hotellərə lisenziya veririk, istirahət mərkəzinə, çimərliklərə yox” fikrinə Tağı Hüseynovun cavabı belə oldu:

“Bu doğru deyil,istirahət mərkəzlərinə də lisenziyanı Mədəniyyət və Turizm Nazirliyi verir”.

Araz Məmmədov

“Qafqaznews”