BolgeXeber.Com » Ölkə » Birinci Avropa Oyunlarının gümüş medalçısı ilə görüş keçirilib-İmişlidə

Birinci Avropa Oyunlarının gümüş medalçısı ilə görüş keçirilib-İmişlidə

28-07-2015, 15:15
Oxunub: 3 952 Birinci Avropa Oyunlarının gümüş medalçısı ilə görüş keçirilib-İmişlidəİmişli rayon sakini gənc samboçu Nəzakət Xəlilova “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş medalına layiq görülməklə ona göstərilən etimadı doğruldub

Bolgexeber.com-un məlumatına görə İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev ölkəmizdə digər sahələrlə yanaşı, idmanın inkişafına da qayğı göstərildiyini bildirərək deyib: Azərbaycanda idman hərəkatının əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bütün sahələrlə yanaşı, idman da inkişaf etdirildi. Ölkəmizin şəhər və rayonlarında idman məktəbləri yaradıldı, stadionlar tikildi, şahmat məktəbləri istifadəyə verildi. Vilyam Hacıyev bildirib ki, bu gün Azərbaycan müstəqil dövlətdir. İdmanın kütləviliyinin təmin olunması və gənclərin sağlam böyüməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. İmişli rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, idman infrastrukturu ilbəil müasirləşdirilir. Artıq rayonda gənc idmançılar nəsli yetişir. İcra hakimiyyətinin başçısı birinci Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsini ölkəmizdəki mövcud sabitliyin və Ümummilli Liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, şəffaf və ədalətli mübarizə şəraitində keçən yarışlarda ölkəmiz Avropa Oyunlarının Azərbaycan standartını yaratdı. Azərbaycanın birinci Avropa Oyunlarında 56 medal qazanaraq ikinci yeri tutması tarixi nailiyyətdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafı sahəsində həyata keçirdiyi tədbirlərin nəticəsidir. Ölkə Prezidentinin birinci Avropa Oyunlarında qazanılan nailiyyətlərə görə idmançıları və onların məşqçilərini dövlət mükafatları ilə təltif etməsi də bu sahəyə göstərilən diqqətin daha bir ifadəsidir. Birinci Avropa Oyunlarında İmişli rayonundan olan idmançı da iştirak edirdi. İmişli rayon sakini gənc samboçu Nəzakət Xəlilova “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş medalına layiq görülməklə ona göstərilən etimadı doğruldub. Vilyam Hacıyev birinci Avropa Oyunlarında gümüş medal qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruduğuna görə gənc samboçu Nəzakət Xəlilovaya təşəkkür edib, ona gələcək yarışlarda uğurlar arzulayıb. Sonra Vilyam Hacıyev birinci Avropa Oyunlarındakı nailiyyətlərinə görə Nəzakət Xəlilovaya "Fəxri Fərman" təqdim edib. Birinci Avropa Oyunlarının gümüş mükafatçısı Nəzakət Xəlilova İmişlidə idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən danışıb, bu işlərin beynəlxalq yarışlarda Azərbaycanın idman şərəfini qoruyan gənc idmançıların yetişməsinə səbəb olduğunu bildirib. Nəzakət Xəlilova idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə respublika idmançıları və gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq edib, bundan sonra da yüksək nailiyyətlər qazanmaqla göstərilən etimadı doğruldacağına söz verib.
Bolgexeber.com
Birinci Avropa Oyunlarının gümüş medalçısı ilə görüş keçirilib-İmişlidə