BolgeXeber.Com » Ölkə » ŞOK: Laçın şefinin korrupsiya əməlləri prokurorluqda - FOTO

ŞOK: Laçın şefinin korrupsiya əməlləri prokurorluqda - FOTO

28-07-2015, 15:31
Oxunub: 3 306 ŞOK: Laçın şefinin korrupsiya əməlləri prokurorluqda - FOTOOnun yaxın ətrafı və müavinləri ilə birlikdə həyata keçirdiyi maxinasiyaların detalları prokurorluğa göndərilib

Dövlət başçısının məmurlara barmaq silkələməsindən sonra yerlərdə ciddi hərəkətlilik müşahidə olunur. Xüsusilə rayon icra hakimiyyəti başçıları Prezidentin xəbərdarlığından ibrət dərsi çıxararaq həm öz fəaliyyətinə, həm övladlarının harınlıqlarına nəzarət etməkdədir. Onların ölçülü-biçili addımları sübut edir ki, postlarını itirmək təhlükəsi hər zaman mövcuddur. Ölkə başçısının bu tapşırıqları özəlliklə işğal olunmuş bölgələrimizdə mütləq hakim olanlara aiddir.

Məcburi köçkünlərə daima dövlət qayğısı olduğu vaxtda düşmən tapdağında olan rayonlarımızın icra başçıları öz əyyamlarını çəkir, istirahətlərinə pullar səpələyir, insanların problemlərinə biganə yanaşır. TİA.AZ-ın araşdırmaları zamanı məlum olub ki, belə başçılardan biri Laçının şefi Akif Səlimovdur. Mətbuatda mütəmadi olaraq barəsində şikayətlər, korrupsiya sənədləri, sensasion iddialar səslənməsindən görünür ki, A.Səlimov postuna şəxsi biznes maraqları kimi baxır. Laçınlılar isə onun əlindən dad eləyir. Redaksiyamıza daxil olan xəbərlərə görə, laçınlılar A.Səlimov haqda Prezidentə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində şikayət ərizələri ünvanlayıblar. Bu məktublarda qeyd olunur ki, Laçının icra hakimi büdcə pullarını mənimsəməkdə mahirdir. Onun yaxın ətrafı və müavinləri ilə birlikdə həyata keçirdiyi maxinasiyaların detalları prokurorluğa göndərilib. Maliyyə Nazirliyi tərəfindən araşdırmalar aparılacağı da istisna olunmur.
Verilən xəbərdə bildirilir ki, A.Səlimovun əməlləri təftiş ediləcəyi halda ortaya daha ciddi faktlar çıxa bilər. Məlumatda deyilir ki, A.Səimov haqda göndərilən sənəddə işğal olunmuş rayonun kəndləri üzrə saxta əkin sahələri yazılmaqla, dövlətin ayırdığı subsidiyaların mənimsənilməsindən bəhs olunur: "Sənəddən aydın görürsünüz ki, rayonun kəndləri üzrə 657 fiziki şəxsin adına taxıl və digər bitki əkini qeyd olunub. Bununla rayon üzrə, guya, 3090.91 hektar əkin əkilib. Bu saxta hektar sayəsində isə büdcədən nə az, nə çox - düz 123.636.40 manat pul mənimsənilib. Hələ buraya yanacaq və digər güzəştləri də əlavə etsək, o zaman icra başçısı Akif Səlimovun nələrə yol verdiyini təsəvvür etmək çətin deyil".
Xatırladaq ki, subsidiyaların əsasən icra başçıları və onların yerli icra nümayəndələri tərəfindən mənimsənilməsi dəfələrlə rəsmi dairələr tərəfindən də dilə gətirilib. Hətta bu ilin yanvar ayında ölkə prezidenti İlham Əliyev bununla bağlı məmurlara sərt xəbərdarlıq etməklə yanaşı, kənd təsərrüfatı naziri Heydər Əsədova qəti tapşırıq da vermişdi. Laçının icra başçısının öz imzası ilə təsdiq etdiyi bildirilən sənəd sübut edir ki, bu sahədəki korrupsiyada icra başçılarının, həqiqətən, müstəsna rolları var. Yəni onlar yerlərdə bu sayaq sənədlər tərtib edərək, müvafiq qurumlara göndərməklə, subsidiyanın ayrılmasına və rahat mənimsənilməsinə nail olurlar.
Bolgexeber.com
ŞOK: Laçın şefinin korrupsiya əməlləri prokurorluqda - FOTO