Ağsu rayonu ərazisindən keçən çaylar quruyub
29-07-2015, 09:41
Oxunub: 4 229
Havaların həddən artıq isti keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olub
"Report"un məlumatına görə, havaların həddən artıq isti keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olub. Ağsu çayı rayon mərkəzindən keçməklə onu ikiyə bölən yeganə çaydır və həmişə gursulu olub. Bu çayın qismən qurumasına sonuncu dəfə 1998-ci ildə rast gəlinib. Hazırda çay son iki ayda su üzünə həsrətdir. Quraqlıqdan çay torpağında irili-xırdalı çatlar əmələ gəlib.
Ağsu çayı rayonun Bico, Qəşəng, Ləngəbiz, Gəgəli, Navahı və digər 8 kəndinin kənd təsərrüfatını su ilə təmin edib. Hazırda çayın quruması nəticəsində bu kəndlərin əkin-biçin sahələri, həyətyanı tərəvəz və bostan bitkiləri, eləcə də meyvə ağacaları susuzluqdan məhv olur.
Sakinlərin sözlərinə görə, havanın həddən artıq isti və quraq keçməsi Ağsu və Girdiman çaylarının qurumasına səbəb olan əsas amillərdən biridir. Əksər kəndlərin su mənbəyi olan çayların quruması kənd təsərrüfatını iflic vəziyyətə salıb.
Kəndlərdən keçən və mənbəyini çaydan götürən irili-xırdalı arxlar da tam quruyub. Odur ki, hektarlarla taxıl, otlaq və üzümçülük sahələri su ilə vaxtaşırı təmin edilmədiyindən məhsul yığmı bir qədər aşağı olur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər