BolgeXeber.Com » Ölkə » Filial rəisi niyə öz qohumlarını işə alır, ancaq sadə vətəndaşı yox? – Nazirə “Azərpoçt”dan şikayət
Filial rəisi niyə öz qohumlarını işə alır, ancaq sadə vətəndaşı yox? – Nazirə “Azərpoçt”dan şikayət
3-08-2015, 10:07
Oxunub: 4 820
"Niyə bunlar özlərinə sərf edəndə cavab yazırlar, sərf etməyəndə isə yox?!"
Hörmətli, cənab Rabitə və Yüksək Texnologiyalar naziri Əli müəllim, Mən 28.06.2015-ci il tarixdə Şəki Regional Poçt Filialında yaranmış vakansiya ilə bağlı Şəki RPF-nin rəisi Seyran Abduləlimova elektron poçt rabitəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə kimi mənə cavab verilməyib”.
Bu sözləri Mia.az-a Şəki sakini Məmməd Məmmədov deyib.
Onun sözlərinə görə, həmin ərizəni məlumat üçün “Azərpoçt” MMC-yə də göndərib:
“Ancaq yenə də cavab verilməyib. Niyə bunlar özlərinə sərf edəndə cavab yazırlar, sərf etməyəndə isə yox? Buna ancaq vətəndaşı əla salmaq deyirlər. Seyran Abduləlimov öz qohumunu və ya yaxınını işə götürə bilər, Azərbaycan Respublikasının vətəndaşı olan, sabah biri gün müharibə olanda Ali Baş Komandanın göstərişinə əsasən qabaqda gedənlərdən birincisi olaraq mənim qardaşım oğluna işləyə bilməz? Niyə? Sizdən xahiş edirəm ki, Şəki RPF-də yaranmış vakansiyaya qardaşım oğlu Nağdalı
Məmmədovun işlə təmin edilməsinə köməklik göstərəsiniz”.
Şikayətçi Şəki RPF-nin rəisi cənab Seyran Abduləlimova müraciətini də tədqim edib.
Həmin müraciəti də olduğu kimi təqdim edirik:
“Şəki RPF-nin rəisi cənab Seyran Abduləlimova;
Məlumat üçün bildirirəm ki, rəhbərlik etdiyiniz müəssisədə poçtalyon işləyən Yaqut xanım öz ərizəsi əsasında işdən çıxmışdır. Həmin yer vakansiya olduğu üçün qardaşım oğlunu həmin vəzifəyə götürməyə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. Əvvəlki məktublarda vakansiya olmadığı üçün ərizəmin təmin edilməməsi göstərilmişdir. Hazırda vakansiya olduğu üçün Sizə müraciət edirəm.
Xahiş edirəm, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (bərabərlik hüququ)
tələblərinə əməl edərək ərizəmin təmin edilməsinə köməklik göstərəsiniz.
Qeyd: Hər kəs kimi bizim də haqqımız var ki, övladlarımız işləsin. Bu hüququmuz heç bir halda məhdudlaşdırıla bilməz. Baxmayaraq ki, qardaşım oğlumun işlə təmin edilməməsi əvvəllər vakansiya olmaması ilə məhdudlaşdırılsa da, hazırda həmin maneə aradan qalxmışdır.
Hörmətlə: Məmməd Məmmədov”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər