BolgeXeber.Com » Ölkə » Nərimanov icra başçısının saxta hesabatı ifşa olundu - 58 milyonun isə taleyi bilinmir
Nərimanov icra başçısının saxta hesabatı ifşa olundu - 58 milyonun isə taleyi bilinmir
6-08-2015, 10:12
Oxunub: 5 742
Fərzəliyev sahibkarların dərisinə saman təpib, onlardan xərac toplayıb...Abidin Fərzəliyev hesabat verib. Nərimanovun icra başçısı avqustun 5-də sosial-iqtisadi inkişafın 2015-ci ilin birinci yarısının yekunlarına dair Şura iclası keçirib.
Redaksiyamıza daxil olan məlumata görə, meriya paytaxtın ayrı-ayrı rayonlarının icra hakimiyyətlərinə abadlıq işlərinin görülməsi məqsədilə büdcənin əsaslı vəsait qoyuluşundan pullar ayırıb.
Burada diqqət çəkən məqamlardan biri Nərimanov rayonu ərazində abadlıq işlərinin qurulması üçün BŞIH-nə 2011-ci ildə 38 milyon manat ayrılmasıdır. Eyni xərc bölməsi üzrə Nərimanov Rayon İcra Hakimiyyətinə 2013-cü ildə yenidən 20 milyon manat vəsait yönəldiblər.
Məlumatda deyilir ki, üst-üstə 58 milyon külə çevrilərək havaya sovrulub. İndi hesabat verən icra başçısı isə meriya ilə əlbir olaraq dövlətin büdcəsini yağmalayıb.
Mənbə qeyd edir ki, icra başçısı prezidentin tapşırığını yerinə yetirsə də, səhlənkarlığa yol verib, yeyintilər aşkarlanıb. Söhbət Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar Ziya Bünyadov prospektinin uzunluğu 15 km olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının təmirindən gedir. Binaların fasadları və dam örtüklərinin yenidən qurulduğu, digər hissələrdə isə hasarların tikilərək müasir üzlük tavanlarla bəzədildiyi iclasda nəzərə çatdırılıb.
Qaynağımız bildirir ki, bu işin təşkili üçün Fərzəliyev sahibkarların dərisinə saman təpib, onlardan xərac toplayıb. Halbuki dövlətin ayırdığı vəsait olub və bu maliyyə mənimsənilib deyə iddialar var.
İcra başçısı iclasda deyib ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla yerinə yetirilib.
Ancaq bu işlərin RİH-ə aid olmadığı məlumdur. Fərzəliyev isə Nəqliyyat Nazirliyinin gördüyü layihələri öz hesabına yazaraq Şura iclasında ağ yalan açıqlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər