BolgeXeber.Com » Ölkə » Bakıda "AAAF Park"la bağlı böyük qalmaqal: pullar hara getdi?

Bakıda "AAAF Park"la bağlı böyük qalmaqal: pullar hara getdi?

12-08-2015, 09:50
Oxunub: 4 322 Bakıda "AAAF Park"la bağlı böyük qalmaqal: pullar hara getdi?"AAAF Park" yaşayış kompleksindən ev alan Xəyal Verdiyev ona verilən mənzil sahəsinin 68 kvadratmetr deyil, 58 kvadratmetr olduğunu öyrənib

Azxeber.com xəbər verir ki, ANS telekanalının keçmiş aparıcısı Xəyal Verdiyev məşhur şirkətlərdən biri olan "AAAF Park"ı məhkəməyə verir.

Buna səbəb isə keçmiş aparıcının şirkət tərəfindən aldadılmasıdır.

Belə ki, "AAAF Park" yaşayış kompleksindən ev alan Xəyal Verdiyev ona verilən mənzil sahəsinin 68 kvadratmetr deyil, 58 kvadratmetr olduğunu öyrənib.

"AAAF PARK-ı məhkəməyə verməyə hazırlaşıram. 68 kvadratmetr ev almışdım, indi təmirə başlamışam. Ustalar evin kvadratını ölçəndən sonra məlum oldu ki, mənzilin sahəsi 68 yox, 58 kvadratmetrdir. Maraqlandım, dedilər ki, mənzilin kvadratını hesablayanda divarları da nəzərə alırlar. Deməli, mən divara görə AAAF PARK-a 6500 manat əlavə pul ödəmişəm. Sənəddə ev 68 kvadratmetr olaraq göstərilir və heç bir yerdə bununla bağlı məlumat öz əksini tapmayıb. Bu özbaşınalığa son verməyin vaxtı gəlib çatıb", - sabiq teleaparıcı yazıb.

X.Verdiyev daha sonra bildirib ki, qanunvericiliyi araşdırıb. Qanunlarda da nəzərdə tutulub ki, mənzillərin sahəsi hesablanarkən divarlar nəzərə alınmamalıdır. O, "AAAF Park"ın mətbuat katibinə də zəng etdiyini və həmin şəxsin də X.Verdiyin haqlı olduğunu etiraf etdiyini söyləyib:

"Mənzili alan zaman satış təmsilçiləri bu haqda mənə heç bir məlumat vermədilər, şirkətlə bağladığımız müqavilədə də bununla bağlı heç bir bənd yoxdu. Onlar sonradan ayıldılar, tez müqaviləyə yeni bənd əlavə etdilər. Lakin mənimlə bağlanan müqavilədə divarların da hesablanması ilə bağlı heç bir bənd yoxdur".

Məsələ ilə bağlı "AAAF Park"la əlaqə saxladıq. Şirkətdən sullarımıza cavab verən şəxs Lalə xanımla əlaqə saxlamağımızı xahiş etdi.
Adıçəkilən şəxsə isə dəfələrlə zəng olunsa da, telefonu açan olmadı.
BOLGEXEBER.COM