Toyda kütləvi zəhərlənmə: 77 nəfər - Bakıda
10-08-2015, 12:18
Oxunub: 5 127
Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova oxu.az-a bildirib ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq üçün tibb müəssisələrinə müraciət ediblər.
Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.
Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.
Hadisənin araşdırılması davam edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər