Ağdamda “niqodnıy” bilet satan rəisə şok - İttihamlar
10-08-2015, 14:29
Oxunub: 5 700
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra yerli şöbə və idarələrində ciddi neqativ hallar hökm sürür
Bolgexeber.com gundelik-baku.com-a istinadən xəbər verir ki, Seymur Qurbanovun rəisi olduğu qurumun Ağdam rayon şöbəsini misal göstərmək olar.
Seymur Qurbanov Ağdam rayonuna təyinat almazdan öncə Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.
Məhz həmin dönəmlər o, işində kobud nöqsanlara yol verməsi səbəbindən Respublika Hərbi Prokurorluğunun, eləcə də Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin siyahısına düşmüşdü.
Çünki Seymur Qurbanov Hacıqabul rayonunda çalışarkən gəncləri həqiqi hərbi xidmətdən yayındırmaq üçün bir sıraəməllərə baş vurub. İndi isə o, eyni əməllərini Ağdam rayonunda təkrarlamaqdadır.
Ağdam rayon şöbəsində hökm sürən acınacaqlı vəziyyətin göz önündə olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Seymur Qurbanovun keçmişi, eyni zamanda xidməti tərcümeyi-halı ilə bağlı xeyli müəmmalı məqamlar mövcuddur. O, çoxsaylı nöqsanlı əməlləri ilə əhalinin narazılığını qazanıb.
Belə ki, Ağdam Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi.
Hər çağırış dövrü xidmətin Ağdam rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Seymur Qurbanov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır.
Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Seymur Qurbanovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər.
Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər.
Xəstə çağırışçıların isə valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Seymur Qurbanov yenə də öz bildiyini edir. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər