BolgeXeber.Com » Ölkə » Bu deputatları “5 ildən bir danışan deputatlar”kateqoriyasına aid etmək olar

Bu deputatları “5 ildən bir danışan deputatlar”kateqoriyasına aid etmək olar

10-08-2015, 15:27
Oxunub: 4 759 Bu deputatları “5 ildən bir danışan deputatlar”kateqoriyasına aid etmək olarBir çox millət vəkilləri var ki, onların səsini yalnız seçkilər zamanı eşidə bilərik

Dövlətin idarə olunmasında 3 əsas qurumdan biri olan , ölkənin qanunverici orqanı Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili var. Seçilən hər deputat seçildiyi ərazinin problemləri ilə maraqlanmalı və onların həlli istiqamətində addımlar atmalıdır. Bu onların borcudur!
Lakin bir çox millət vəkilləri var ki, onların səsini yalnız seçkilər zamanı eşidə bilərik. “Bunu edəcəm, onu edəcəm” deyərək, yalançı vədlər verib, xalqın başını sözün əsl mənasında aldadan deputatlara camaatın problemləri maraqlı deyil. Onları düşündürən başqa problemlər var... Məsələn öz cibləri. Ağzına su alıb,oturan deputatlara rəhmətlik M.Ə.Sabir hətta şeir də həsr edib.
“Qoy mən tox olum,özgələr ilə nədir karım?
Dünyəvi cahan ac olur,olsun nə işim var? ”
Anlamaq olmur ki, seçkilər zamanı dil boğaza qoymayan deputatlar, necə olur ki, millət vəkili seçilib, arxayın olandan sonra artıq danışmağa söz tapmırlar. Bəs hanı o vədlər , “bütün problemlərinizi həll edəcəm” tipli şablon cümlələr?
Bolgexeber.com bildirir ki,bu cür deputatlara “5 ildən bir danışan deputatlar” ləqəbi qoyulsa daha yaxşı olar. Məhz buna görədir ki, sorğu apardığımız zaman sakinlərin əksəriyyətinin ərazi üzrə seçilən millət vəkillərini tanımadıqlarının şahidi olduq.Bu cür deputatlara Kürdəmir rayonu 57 saylı seçki dairəsindən seçilmiş Fərhad Qəribovu, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş Ərəstun Cavadovu, Biləsuvar rayonu 66 saylı seçki dairəsindən seçilmiş Xanhüseyn Kazımlını, İmişli rayonu 79 saylı seçki dairəsindən seçilmiş Əsabil Qasımovu və bu kimi bir çox deputatları nümunə göstərmək olar.
Hər halda deputatlar öz işlərinə dırnaq arası baxmaq əvəzinə, məsuliyyətlə yanaşsalar qazandıqları “deputat” statusunun da ağırlığını dərk etmiş olarlar!
Ümid edək ki,növbəti seçkilərdə millət vəkillərini “danışan”və “danışmayan” tipli kateqoriyalara bölməyəcəyik.
Bolgexeber.com