BolgeXeber.Com » Ölkə » "Bermud Electronics" narazılıq yaradır - ŞİKAYƏT

"Bermud Electronics" narazılıq yaradır - ŞİKAYƏT

11-08-2015, 10:22
Oxunub: 2 852 "Bermud Electronics" narazılıq yaradır - ŞİKAYƏTMağaza rəhbərliyi istehlakçıların hüquqlarını kobud şəkildə pozur

Bu gün ölkədə fəaliyyət göstərən elə şirkətlər var ki, qanunsuz hərəkətlərə və özbaşınalığa yol verirlər. Son zamanlar bu cür şirkətlər mağazalarına müştəri cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirirlər. Lakin həyata keçirilən kampaniyalar heç də müştərilər tərəfindən müsbət qarşılanmır.

Çünki bu cür şirkətlərin müştəri cəlb etmək üçün həyata keçirdikləri kampaniyalar ancaq özlərinə sərf edir. Kampaniyada müştərilərin xeyrinə heç nə olmur. Köhnə və keyfiyyətsiz məhsulları kampaniya adıyla vətəndaşlara satırlar. Belə şəbəkələrdən biri də "Bermud Electronics" mağazalar şəbəkəsidir. Adıçəkilən şəbəkənin paytaxtın bir sıra yerində filialları fəaliyyət göstərir. Bu şirkət elektron-məişət avadanlıqlarının idxalı və satışı ilə məşğul olur. Şirkətin xidməti isə istehlakçılar tərəfindən alqışlanmır. Verilən məlumata görə, bu mağazada xidmətin səviyyəsi çox aşağıdır. Məhsullarına gəlincə isə keyfiyyətsizdir. Uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq, hələ də bazarda özünə yer tuta bilməyib. Şirkət aldadıcı reklamlarla, fırıldaqçı kampaniyalarla müştəri qazanmağa çalışsa da, hələ buna istədiyi kimi nail ola bilməyib. Əldə etdiyimiz məlumatlara görə, sözügedən mağazada məhsulları hədsiz baha qiymətə satırlar. Mağazadan bir dəfə mal alan hər kəsə bonus kartı verirlər. Oraya toplanmış bonuslar əsasında müştəriyə pulsuz məhsul verirlər. Lakin mallar o qədər baha satılır ki, müştərinin bonus kartına toplanan faizlər müqabilində verilən məhsul mağazanın büdcəsinə ciddi təsir göstərmir. Pulsuz mal almaq naminə mağazanın müştərisinə çevrilənlər də az deyil.

Bundan başqa kampaniya adıyla müştərilərə bəzi məhsulların yanında hədiyyələr təklif edirlər. Həmin məhsulu elə qiymətə qoyurlar ki, bəlkə o qiymətə yüzlərlə həmin hədiyyədən almaq olar.

Bundan başqa səhv edib mağazaya ayaq qoyasan, dərhal sənə blank doldurtduracaqlar. Ondan sonra da hər gün müxtəlif smslərlə narahat edəcəklər. Mağazada kampaniya olan kimi dərhal müştərilərə sms göndərirlər. Təəssüf ki, bu yollarla müştəriləri mağazaya cəlb etməyə çalışan "Bermud Electronics" çoxlarını öz əməllərinə alət edib. Demək olar ki, bu mağazadan mal alan bir çox istehlakçı hüquqlarının bərpasıyla məşğudur.

Bundan başqa sözügedən mağazalar şəbəkəsində istehlakçılara qarşı münasibət son dərəcə pisdir. Malı alana qədər müştərinin başına fırlanırlar. O ki malı alıb evə apardı, daha müştərini tanımırlar. Zəmanətə gəldikdə isə bir çox istehlakçı bildirir ki, orada zəmanətin yalnız adı var. Hələ bu vaxta qədər xarab olan məhsula yaxın durmayıblar. Bizim öhdəliyimizə aid deyil deyərək məsuliyyətdən boyun qaçırıblar. Dəfələrlə müştəriylə rəhbərlik arasında mübahisələr düşüb. Amma rəhbərlik istehlakçılara kobud şəkildə bildirib ki, kimə müraciət edirsən et, biz heçnədən çəkinmirik, qorxmuruq. Bu isə onu deməyə əsas verir ki, "Bermud Electronics" Mağazalar Şəbəkəsinin arxasında kimsə dayanır. Əks halda rəhbərlik bu qədər özünə inamlı şəkildə danışmazdı. Ümumiyyətlə, qanunla hədə-qorxu gələn şəxslər cinayət məsuliyyətinə cəlb edilir. Əgər sən qanunvericiliklə fəaliyyət göstərən şirkətin nümayəndəsisənsə, o zaman məhkəməyə müraciət elə, məbləği qanunla nəzərdə tutulmuş qaydada al. Amma vətəndaşlara təzyiq göstərmək, bezdirmək, əsəb yaşatmaq qanun pozuntusudur.

Hətta Mərkəzi Bankdan rəsmi icazə, lisenziya olmadan heç bir şirkətin kredit vermək hüququ yoxdur.

Lakin "Bermud Electronics" daxili qaydada, məntiqə sığmayan şərtlər və bəzən də vergilərdən yayınma yolu ilə müqavilələr hazırlayır, vətəndaşların sadəlövhlüyündən istifadə edərək artıq pul qazanmağa çalışır..gundelik-baku.com

Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.