BolgeXeber.Com » Ölkə » Sabiq millət vəkilinin növbəti hədəfləri

Sabiq millət vəkilinin növbəti hədəfləri

12-08-2015, 12:22
Oxunub: 3 226 Sabiq millət vəkilinin növbəti hədəfləriSabiq millət vəkili Nazim Məmmədovla Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli arasında yaşanmış münaqişə böyüyür

Bu, Nazim Məmmədovun yaşadığı ilk qalmaqal deyil. Bundan öncə də sabiq millət vəkili ilə “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədov arasında münaqişə yaşanmışdı.

Bütün bu qalmaqallar cəmiyyətdə Nazim Məmmədovla bağlı müxtəlif fikirlər formalaşdırıb. Bəziləri elə düşünür ki, Nazim Məmmədov özünü reklam edir. Müəyyən insanlar da Nazim Məmmədovun sosial ədalətsizliyə qarşı mübarizə simvoluna çevrildiyini vurğulayır.

Reaksiya.az bu ikili fikirlərə Nazim Məmmədovun öz münasibətini öyrənib. O, əməyi bahasına ərsəyə gəlmiş işinin başqasının xidməti kimi qələmə verilməsinə etiraz etdiyini bildirib: “İstənilən insan onun əməyi bahasına ərsəyə gəlmiş işin başqasının xidməti kimi qələmə verilməsinə etiraz etməlidir. Rektorun qohumlarının sosial şəbəkədə izləyicilərim olduğunu nəzərə alaraq bir status yazdım. Statusdan nəticə çıxarmaqdansa, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri rektorun tapşırığı ilə və ya öz insiaiativasına uyğun müxtəlif saytlarda irəli gedərək məişət söhbətləri etməyə cəhd göstərdi. Mən bu adama xatırlatdım ki, ictimaiyyətlə əlaqələr şöbəsinin vəzifəsi ictimaiyyəti universitetlə bağlı maraqlandıran məlumatları yaymaqdır. Mənim rektorla olan münasibətimin ona heç bir aidiyyati yoxdur. O kollecdə hansı imtahan neçəyədir, bu təhsil adı ilə açılan "bazarların" funksiyalarını ictimaiyyətə "sevdirməyə çalışsın". Təbii ki, mən onun məişət sözlərinə aydınlıq gətirməli idim və gətirdim də. Belə məsələlərdə mən sona qədər həmişə varam və bunun qalmaqala və ya reklama aidiyyatı yoxdur. Əksinə, bəzi aktual olmayan iqtisadi və ictimai məsələlərə açıqlama verməyi öz səviyyəmə uyğun saymıram”.

Nazim Məmmədov bu ilki Milli Məclis seçkilərində deputatlığa namizədliyini irəli sürüb, sürməyəcəyinə də ayınlıq gətirib: “Bu ilki seçkilərdə gənclərin təşəbbüs qrupu tərəfindən namizədliyimin irəli sürülməsinə razılıq vermişəm. Seçki qərargahı formalaşdırılıb, monitorinqlər aparırıq. Ümid edirəm ki, seçki seçicilərin ürəyincə keçəcək və haqq edən qalib gələrək, ölkəmizin daha da inkişaf etdirilməsinə öz biliyi, bacarığı, professionallığı ilə töhvə verəcək. Mən də həmişəki kimi, necə insan idimsə, hansı düşərgədə idimsə eləcə də dəyişməz qalacağam”.
Bolgexeber.com