BolgeXeber.Com » Ölkə » Nazirin işdən işdən qovduğu direktor məktəbdə “moyka” açıbmış... FOTO
Nazirin işdən işdən qovduğu direktor məktəbdə “moyka” açıbmış... FOTO
12-08-2015, 12:34
Oxunub: 5 517
Təhsil nazirinin işdən çıxardığı məktəb direktoru ilə bağlı maraqlı məqamlar üzə çıxıb
Axar.az-a daxil olan məlumata görə, Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova heç də yaş senzi ilə əlaqədar işdən çıxarılmayıb.
25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verib.
Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib. Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir. Məlumata görə, Sevinc müəllimə hazırda da məktəbdə iqtisadiyyat fənnindən dərs deyir.
Mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.
Xatırladaq ki, Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb. Aznews.az-ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə bəzi bqanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb. Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər