ağac qırğınına ən gözəl etiraz - FOTO
12-08-2015, 14:19
Oxunub: 5 717
Son bir neçə ildə Sumqayıt şəhərində yaşıllıqlara divan tutulması ilk xəbər deyil. Bu şəhərdə yaşı 50-60 il olan ağaclar məhv edilir, yerində restoranlar tikilir. Mətbuatın və yerli əhalinin etirazlarına baxmayaraq, Sumqayıtda "yaşıl soyqırım" bu günün özündə də davam etdirilir. Hətta iki il öncə şəhərin icra başçısı Eldar Əzizov ağac kəsənlərə sərt reaksiya vermişdi. Ancaq zaman göstərdi ki, həmin sözlər elə də sərt deyilmiş. Bu sözlər ağac cəlladlarının baltası qarşısında yumşala bilir. Çünki həmin sərt reaksiyadan sonra şəhərdə ağac kəsilməsi nəinki dayanıb, hətta daha da geniş vüsət alıb.
Bu günün özündə də şəhərdə ağaclar durmadan kəsilir. Hətta Sumqayıt İcra Hakimiyyətini "yaşıl soyqırıma" görə məhkəməyə verən vətəndaş da olub. Ancaq çifayda, həmin vətəndaşın iddiaları əsassız sayılıb.
Raj Steven təxəllüsü ilə tanınan məşhur sumqayıtlı fotoqraf doğma şəhərində ağac kəsilməsinə özünəməxsus şəkildə etiraz edib. O, ən güclü silahı olan fotoaparatını ağackəsənlərə "tuşlayıb".
Fotoqraf Milli.Az-a açıqlamasında deyib ki, Sumqayıtın parklarını uşaqlıqdan çox sevib. Buradakı təbii gözəllik hər zaman onu valeh edib və ilham mənbəyinə çevrilib. Son dövlər isə parkların məhv edilməsi hər bir sumqayıtlı kimi onu da məyus edir.
"Əvvəllər oralarda çox fotolar çəkirdim. Ərazinin təbii gözəlliyi mənim işlərimə də xüsusi gözəllik verirdi. Ancaq sonradan bu gözəlliyin tədricən dağıldığının şahidi oldum. Bu zaman etiraz fotoları çəkdim. Həmin fotolarda kəsilmiş ağacların kötükləri üzərində məyus bir xanım dayanır və kameraya baxır. Burada məna odur ki, biz də canlıyıq, ağaclar da canlıdır. Onları öldürmək cinayətdir. Bir canlının yox olması, digərinin də yox olması deməkdir. Fotolardakı xanım da canlılığı simvolizə edir. Sumqayıtın təbii gözəlliyini qorumaq üçün etiraz eləmişəm", - deyə o əlavə edib.
Fotoqraf digər həmkarlarını öz fantaziyalarını işə salaraq belə fotolar çəkməyə çağırıb. O deyib ki, çəkdiyi bu fotolar Azərbaycan Prezidenti yanında Gənclər Fondunun keçirdiyi sərgi-müqabiqədə birinci yeri tutub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər