Jurnalistlərə “şərəfsiz” deyən həkim kimdir?
14-08-2015, 11:28
Oxunub: 9 476
Jurnalistləri “şərəfsiz” adlandıran həkimlərdən birinin işlədiyi yer məlum olub
Tia.az xəbər verir ki Feysbukda yaradılmış “Modern Doctors of Azerbaijan” qrupunda həkim səhlənkarlığını tənqid edən mətbuat nümayəndələrini təhqir edən şəxs Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah işləyən Kamil Quluzadədir. K.Quluzadənin ağzından “dürr” tökülməsi onun təhsil səviyyəsindən xəbər verir.
Ad çəkmədən və konkretləşdirmədən jurnalistləri şərəfsiz adlandırmaq bir tibb işçisinin küçə, bazar əxlaqından fərqləndirmir. Üstəlik, jurnalisti əməliyyat etmiş Saday Əliyevin yalanları, ziddiyyətli çıxışları yayımlanıb.
K.Quluzadə isə yaxşı olar ki, median təhqir etmək yerinə həmkarının dediklərini eynək taxıb diqqətlə oxusun. Azərbaycan səhiyyəsinin isə bərbad günə düşməsinin səbəbini axtarmaq üçün uzağa getmək lazım deyil - K.Quluzadə kimi “kadr”ları tanımaq kifayət edir.
Bu səhifədə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə həkimləri tənqid edən jurnalistlər haqda xoşagəlməz sözlər yazılıb.
Həkim Natavan Ramazanzadənin qrupda yazdığı status isə sosial şəbəkədə yayımlanıb. Həkim “xəstəxanada xəstə ölər də” yazıb və jurnalistin ölümünü normal qarşıladığını bildirib.
Bu statusa həkim Nurlan İbrahimli isə təhqiredici şərh yazıb. O jurnalistləri “zurnalist” adlandırıb. Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistlərə “şərəfsiz” deyib.
N.Ramazanzadə Azərbaycan Tibb Universitetində, Türkiyədə isə Çukurova Universitetində təhsil alıb. Hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir.
Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb. Dig.həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir.
Həkimlərin gizli qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər