BolgeXeber.Com » Ölkə » Qazaxda acgözlük - İcra nümayəndələri humanitar yardımı əhaliyə kirayəyə verir
Qazaxda acgözlük - İcra nümayəndələri humanitar yardımı əhaliyə kirayəyə verir
17-08-2015, 14:37
Oxunub: 5 549
Ümumiyyətlə, rayonda rəhbər vəzifələrdə işləyənlərin 90 faizi tutduğu sahədən yaxşı gəlir əldə etməklərinə baxmayaraq, hər şeydən pul qazanmağa alışıblar
Elə bir gəlir yeri yoxdur ki, məmurlar ora barmaq uzatmamış olsunlar. Belə halda çoxlarının nəyisə düşünməyə mənəvi haqqı yoxdur. Axı, məmurların varidat əldə etmələri üçün min bir oyundan çıxmaları göz qabağındadır. Sadəcə alimə də, çobana da sağlam düşüncə tərzi lazımdır.
DİA.AZ-ın məlumatında deyilir ki, təxminən 5-6 il olar ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qazaxın erməni əsarəti altında olan və sərhəd kənd əhalisinin xeyir-şər işlərinin təşkilinə kömək məqsədilə içərisi hər bir inventarla (qaşıq, çəngəl, bıçaq, hər nöb boşqab, stol, stul, dəsmal kilim, gəvə, “ventilyator” və s.) təmin olunmuş 7 dəst mağar hədiyyə edilimişdir. Mağarlar yalnız həmin kəndlərin əhalisi üçün nəzərdə tutulub. Sən demə, kəndlərin icar nümayəndələri də gələcəkdə mağara gəlir mənbəyi kimi baxasıymışlar. Nəticədə, mağarın üstündəki Qızıl Aypara Cəmiyyətinə məxsus gerb bilinməsin deyə, kəsilib götürülmüş, “işbazlar” tərəfindən havalandırma pəncərəsi ilə əvəz olunmuşdur. Yas yerlərinin və toy mərasimlərinin bol olduğu yay fəslində icra nümayəndələri mağarları aidiyyəti olmayan vətəndaşlara 200-250 manatdan kirayə verməklə yaxşıca gəlir əldə edirlər.
Məsələ ilə əlaqədar Azərbaycan Qızıl Aypatra Cəmiyyətinin Qazax Rayon Bölməsinin sədri Qurban Qurbanlı ilə telefon əlaqəsi yaratdıq. Sədr bu işdən xəbərsiz olduğunu desə də inandırıcı olmadı. Çünki, adının çəkilməsini istəməyən bir nəfərinsöylədiyinə görə, elə sədr də icra nümayəndələrinin əldə etdikləri gəlirə tən yarıdır. Elə olmasaydı, bu işə birbaşa nəzarət edən Qurban Qurbanı,bu yaxınlarda qonşularında keçirilən toy mərasiminə gətirilən mağarın Qızıl Ayparaya məxsus gerbin yoxluğuna və eyni zamanda qonşusunun qaçqın-köçkün olmadığı halda, mağardan nə üçün istifadə edilməsinə diqqət yetirib tədbir görərdi...
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər