BolgeXeber.Com » Ölkə » Bakıda "Botanika Bağı"nı kimlər məhv edir?-VİDEO

Bakıda "Botanika Bağı"nı kimlər məhv edir?-VİDEO

19-08-2015, 15:39
Oxunub: 3 470 Bakıda "Botanika Bağı"nı kimlər məhv edir?-VİDEOBakıda Botanika bağı məqsədli şəkildə məhv olunur

BTV məlumat verir ki,artıq bağ tamamən xaraba vəziyyətə qalıb. Bağdakı nadir ağaclar baxımsızlıqdan məhv olmaq üzərədir. Sanki hansısa məmur bu bağa tamahını salıb ki, sonradan məhv olmuş bağın ərazisini zəbt eləsin. Hər halda, bu kimi hallara dəfələrlə şahidlik etmişik.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Bağı (Bakı Nəbatat Bağı) bu gün faktiki olaraq susuzluqdan məhv olur. Bu bağın aylardır susuz qalması haqda mətbuatda gedən çoxsaylı yazılar da problemin həllinə yardımçı olmur.
Onu da bildirək ki, bir müddət əvvəl bir neçə media təmsilçisi söüzgedən bağda videoçəkiliş də aparmışdı. Amma bu da problemin həllinə səbəb olmayıb.
Bolgexeber.com