BolgeXeber.Com » Ölkə » “Aralı dur, səndən iy gəlir”- "Azərsu"nun idarə rəisindən su tələb edən sakinə
“Aralı dur, səndən iy gəlir”- "Azərsu"nun idarə rəisindən su tələb edən sakinə
21-08-2015, 17:46
Oxunub: 5 325

Bu gün Zığ kəndinin sakinləri aksiya keçirib.Bolgexeber.com musavat.com-a istinadən xəbər verir ki, kənd sakinlərinin aksiya keçirmələrinin səbəbi 23 ildir şirin suya həsrət qalmalarıdır. İllərdir get-gələ salınan kənd sakinlərinin müraciət etmədiyi qurum qalmayıb.
Kənd sakinləri bu il Avropa Oyunlarından bir neçə gün əvvəl aksiya keçirərək etirazlarını bildirmişdilər. Bundan sonra kəndə su çəkiləcəyi söz verilmişdi. Belə də olub. Bu ilin iyun ayının əvvəlindən kəndə su xətti çəkilib, amma çox az bir hissəsinə. Yeni çəkilən su xətti yarıda dayandırılıb. Sakinlər buna etiraz edərək yenidən kənd mərkəzində toplaşıblar.
Sakinlərlə görüşə gələn "Azərsu" ASC-nin tikinti departamentinin rəisi Səid Salayev, Zığ qəsəbə nümayəndəliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə sakinlər arasında gərginlik yaşanıb. Səbəb Səid Salayevin ayrılan vəsaitin bitdiyini və yenidən vəsait ayrılacağı halda işlərin davam etdiriləcəyini deməsi olub.
Sakinlər illərdir aldadıldıqlarını, verilən vədlərə inanmadıqlarını deyərək etirazlarını bildiriblər.
Səid Salayevin kənd sakinləri ilə danışığı zamanı maraqlı anlar yaşanıb. Etiraz edən sakinlərin qəzəbli olduğunu görən “Azərsu” rəsmisi ilə sakinlər arasında fərqli dialoqlar yaşanıb.
S.Salayev sakinlərdən biri ilə dialoqunda ondan aralı durmasını tələb edib. Səbəb olaraq isə kənd sakinindən iy gəlməsini göstərib.
Başqa bir dialoqda isə S.Salayev kənd sakininə onunla danışarkən siqareti yerə atmasını tələb edib. Kənd sakininin cavabı isə belə olub: “Niyə atmalıyam? Mənə siqaret almısan ki?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər