Rektor deputatlığa hazırlaşır, universitetində rüşvət tüğyan edir
24-08-2015, 14:43
Oxunub: 4 434
Bakı Avrasiya Universitetində rüşvət mövsümünün açılışına sayılı günlər qalır.
Bolgexeber.com bildirir ki,Tia.az-a bu haqda məlumat verən tələbələrin sözlərinə görə, sözügedən ali məktəbin rektoru Nazim Hüseynli istirahətini yekunlaşdırır, yeni tədris ilinə “hazırlaşır”.
Hazırda tələbələrin narazılığı təhsil ocağında semester pulu yığılmasıdır.
Bu il keçiriləcək parlament seçkilərində namizədliyini də irəli sürməyi planlaşdıran rektorun sabiq deputat Nazim Məmmədovla da bu kontekstdə mübahisəsi yaranmışdı.
Gədəbəydə namizəd olacaq rektor sabiq deputatın gördüyü işi öz adına çıxarmışdı. N.Məmmədov belə iddia edirdi.
Universitetdən qovulmayacağına heç bir təminat olmadığı üçün adının çəkilməsini istəməyən tələbələrdə biri bildirir ki, təhsil aldığı universitetdə rüşvət tüğyan edir.
Abituriyentlər bu universitetə qəbul olmaqdansa, kolleci üstün tuturlar. Heç olmasa kolleci bitirib, müəyyən savad əldə edərlər, həm də əsəbləri tarıma çəkilməz. Qış, yaya smestr imtahanlarından tutmuş, qaiblərə qədər pul istəyirlər.
Sitat: Uşaqlardan biri xəstələnmişdi, poliklinikadan arayış gətirmişdi. Dekan açıq şəkildə dedi ki, mənə arayış lazım deyil, istəyirsən get lap Səhiyyə Nazirliyindən arayış gətir, pulunu verməsən, qaiblər silinməyəcək. Bilmirik dərdimizi kimə deyə, hara şikayət edək? Dekanlar açıq şəkildə deyir ki, bizim rektor arxalı adamdır, heç kimi saya salmır”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər