BolgeXeber.Com » Ölkə » Bakıda dəhşət: Burada çalışan əcnəbi işçilərə işgəncə verilir

Bakıda dəhşət: Burada çalışan əcnəbi işçilərə işgəncə verilir

28-08-2015, 12:39
Oxunub: 4 344 Bakıda dəhşət: Burada çalışan əcnəbi işçilərə işgəncə verilirBakıda özünü asmış Banqladeş vətəndaşının çalışdığı “ELİTE MARİNE PTE.LTD” şirkətinə qarşı ittihamlar irəli sürülüb

Şirkətdə qaynaqçı vəzifəsində çalışmış Aydın Ömərov virtualaz.org saytına müraciət edərək şirkət rəhbərliyi tərəfindən işçilərin, xüsusilə əcnəbilərin təhqir edildiyini, hətta döyüldüyünü bildirib.Bakıda dəhşət: Burada çalışan əcnəbi işçilərə işgəncə verilir
Ömərov
“Şirkətdə təxminən 200 nəfər işçi çalışır. Onların arasında Hindistan, Çin, Banqladeş, İngiltərə vətəndaşları da var. Şirkətin rəhbəri Hok Çon Lim azərbaycanlılar da daxil olmaqla işçiləri təhqir edirdi. Bir neçə dəfə onun hindli qaynaqçıları döydüyünün şahidi olmuşam” - deyə şikayətçi bildirdi.
A.Ömərov deyir ki, şirkətdə çalışanlarla əmək müqaviləsi bağlanmır: “Bizimlə 1 saatı 2 manata danışmışdılar. Mən əmək müqaviləsi tələb etdiyim üçün işdən çıxarıldım. Orada işçilərin təhqir edilməsinə etiraz etmişdim. Buna görə də mənimlə işləmək istəmədilər”.
Şikayətçi qeyd etdi ki, məsələ ilə bağlı hüquq müdafiəçilərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib: “Sonuncu dəfə “BP”-nin “İstiqlal” platformasını təmir edirdik. Bu şirkət “SWİFT” şirkətinin ərazisində çalışır”.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, şirkətdə çalışanlar tərəfindən onun rəhbərlik etdiyi təşkilata da şikayətlər daxil olub: “Bu şirkətə dövlət nəzarəti zəifdir. Bir həftə əvvəl şirkətdən qeyri-qanuni işdən azad olan iki işçi ölkənin əmək qanunvericiliyinin pozulması, etiraz edən işçilərə mənəvi və fiziki cəza tətbiq olunması haqda şikayət etmişdi. Amma məsələ hələ də araşdırılmayıb”.
M.Qəhrəmanlının fikrincə, bu cür halların davam etməsinin səbəbləri var: “İdarə və müəssisələrdə əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti öz vəzifələrini kifayət qədər yerinə yetirmir. Bundan əlavə, bu şirkətin arxasında hansısa güclü məmur dayanır”.
Təşkilat rəhbəri Azərbaycanda qaynaqçı olduğu halda xarici ölkələrdən qaynaqçı dəvət olunması ilə bağlı məlumat aldıqlarını da qeyd etdi: “Təşkilatımıza daxil olan məlumata görə, ölkəyə Hindistandan 300 nəfər qaynaqçı gətirib. Bu ölkədə qaynaqçı yoxdurmu? Hazırda məlumatı araşdırırıq”.
Səslənən bu iddialara aydınlıq gətirmək üçün “ELİTE MARİNE PTE.LTD” şirkətinə müraciə etdik. Şirkətə məxsus olan və internetdə göstərilən telefonlara cavab verilmədi.Bakıda dəhşət: Burada çalışan əcnəbi işçilərə işgəncə verilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Elman Babayev şikayətin araşdırılacağını bildirdi.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti isə sualların yazılı göndərilməsini məsləhət bildi. Müraciəti yazılı ünvanlasaq da bir həftədir ki, cavablandırılmır.
Şirkətin təhlükəsizlik məsələləri üzrə əlaqələndiricisinə (adının Fuad olduğunu söyləsələr də soyadını dəqiqləşdirə bilmədik) məxsus telefonlar isə söndürülüb.
Qeyd edək ki, “ELİTE MARINE PTE.LTD” şirkətinin rəsmi səhifəsində şirkətin həyata keçirdiyi layihələrlə bağlı məlumat verilib. Lakin saytda Azərbaycana aid məlumatlar yer almayıb. Şirkət Sinqapurda qeydiyyata alınıb.
Bolgexeber.com