Azərbaycan Boks Federasiyası Federasiyası etirazını bildirib
31-08-2015, 10:55
Oxunub: 7 070
"Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur"
Azərbaycan Boks Federasiyası Federasiyası bəyanat yayıb. Bolgexeber.com xəbər verir ki, bəyanatda federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərildiyi bildirilir.
Qeyd edək ki, www.haqqin.az saytında avqustun 30-da «Федерация Бокса Азербайджана оставила Азербайджан без Нахчывана» (Azərbaycan Boks Federasiyası Azərbaycanı Naxçıvansız qoyub) başlıqlı xəbər yerləşdirilib. Xəbərdə göstərilir ki, Azərbaycan Boks Federasiyası Federasiyası öz loqosunda təsvir olunan xəritədə Naxçıvan əks olunmayıb.
Azərbaycan Boks Federasiyası (ABF) bununla əlaqədar bildirir ki, federasiyanın rəsmi loqosunda Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi göstərilib:
“Federasiyanın, eləcə də beynəlxalq boks federasiyasının rəsmi saytına baxmaqla bunun şahidi ola bilərsiniz. Bundan başqa, Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən boksçuların geyimlərində də Naxçıvanı məhz respublikamızın tərkib hissəsi kimi göstərilən loqo əks olunub.
Xəbərdə fotosu verilən loqonun ABF-yə heç bir aidiyyatı yoxdur. Bu çox güman ki, ayrı ayrı fiziki şəxslərin tikiş sexlərində istehsal edilib satılan və federasiyayla bağlılığı olmayan idman geyimidir. ABF-nin bütün milli komandaları eyni dəst formada çıxış edirlər və onların geyimlərində loqo əks olunub”.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər