“Bakıkart”ın dizaynı oğurluq çıxdı
1-09-2015, 13:16
Oxunub: 8 342
Bakı Metropolitenində yenicə istifadəyə verilən “Bakıkart”ın dizaynı oğurluq çıxıb
Oxu.az xəbər verir ki, bu barədə Ukraynadakı ali məktəblərdən birinin tələbəsi olan operator Nəriman Süleymanov sosial şəbəkədə yazıb.
Süleymanov iki il öncə çəkdiyi fotonu paylaşaraq bildirib ki, “Bakıkart”ın üzərində olan foto ona məxsusdur: “Bu gördüyünüz yeni istifadəyə verilmiş “Bakıkart”dır. Sağdakı gördüyünüz kartın üzərindəki şəklin dizaynı isə mənə məxsusdur. İki il öncə hazırlamışdım. Xəbərim olmadan şəkil kartın üzərində çap olunub və icazə almadan şəkilə dəyişiklik olunub. Belə ki, “Heydər Əliyev Mərkəzi”nin fotosu da kartın üzərində əksini tapıb. Bu da şəklin orijinalı”- o yazıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “Bakıkart” metropolitenin məhsulu deyil.
“Bakıkart” layihəsinin rəhbəri Ceyhun Əliyev sayta bu faktı nə təkzib, nə də təsdiq edib. C.Əliyev bu məsələ ilə bağlı hər hansı şərh vermək istəmədiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 8-də Bakı Metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, “Bakıkart”ın (plastik kart) satışı 2 manat, “Bakıkart məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər