Sumqayıtda kütləvi ixtisarlar
1-09-2015, 13:27
Oxunub: 4 169
Son beş ildə Sumqayıtın ən iri sənaye müəssisəsi statusunu qazanan Texnologiyalar Parkı ciddi problemlərlə üzləşib. Zavodlar kompleksinə daxil olan bir neçə istehsalat sahəsi fəaliyyətini dayandırıb.
İşçilər kütləvi şəkildə ixtisara salınır, maaşların verilməsi isə gecikdirilir
4500-dən çox işçinin çalışdığı və 17 zavoddan ibarət olan Texnologiyalar Parkı növbəti dəfə çətin günlərini yaşayır.
Sonuncu dəfə burada bənzər vəziyyət ötən ilin əvvəlində, ümumdünya iqtisadi böhranının növbəti dalğası yaşanarkən müşahidə olunmuşdu.
Müəssisədəki mənbə "Azadlıq" radiosuna deyib ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC maliyyə çətinlikləri ucbatından xammal ala bilmir və istehsal da buna görə dayanır.
Məlumata görə, bir neçə gün əvvəl maaşların 3 aydan bəri ödənilməməsinə açıq etiraz edən bir qrup işçi rəhbərlik tərəfindən adbaad müəyyən edilərək ixtisar bəhanəsilə işdən azad edilib. Bundan sonra isə etirazlar səngiyib.
Işdən azad olunanlardan biri də müəssisənin energetika şöbəsində işləyən Nurəddin Səməndərovdur. Deyir ki, ondan başqa energetika şobəsində daha 24 nəfər ixtisara salınıb.
Oxşar vəziyyət “Azenco Group” MMC-nin digər müəssisəsi olan “Azenco” ASC-də də yaşanır.
Onu da qeyd edək ki, hazırda Sumqayıtın daha iki iri sənaye nəhəngi olan boruyayma və alüminium zavodları da işləmir. İşçiləır bunu yeni dövlət sifarişlərinin olmaması ilə izah edirlər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər