BolgeXeber.Com » Ölkə » Hicablılara "bayquş" deyən aparıcı yenidən efirdə - VİDEO

Hicablılara "bayquş" deyən aparıcı yenidən efirdə - VİDEO

4-09-2015, 11:56
Oxunub: 4 186 Hicablılara "bayquş" deyən aparıcı yenidən efirdə - VİDEOHicablı qadınlara "bayquş" dediyi üçün ANS-dən uzaqlaşdırılan teleaparıcı Elnarə Təhməzova yenidən efirə qayıdır.

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ANS-in Facebook səhifəsində məlumat verilib. Teleaparıcı yenidən "İncə maraqlar" və "İncə+" verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, "İncə maraqlar" verilişində aparıcı E.Təhməzova hicablıların qara geyinməsinə etiraz edərək, belə geyinən xanımları "bayquş"a bənzətmişdi. Bundan sonra ANS-in Yaradıcılıq Şurası araşdırma apararaq aparıcını efirdən kənarlaşdırıb və onun müəllifi olduğu "İncə Maraqlar" və "İncə+" verilişlərinin yayımının dayandırılması barədə qərar vermişdi.