BolgeXeber.Com » Ölkə » Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur-FOTO

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur-FOTO

11-09-2015, 11:52
Oxunub: 4 099 Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur-FOTOBütün bunlardan əlavə o, “kimə nə olur-olsun, mənə heçnə olmasın” yanaşmasını daim əsas tutur

Dövrü mətbuatda Gədəbəy rayonu haqda silsilə tənqidi məqalələr işıq üzü gördükcə, o zaman əksəriyyətə o da bəlli oldu ki, rayonda yaşanan acınacaqlı durumun varlığına səbəbkar, təkcə rayonun rəhbərliyi deyil, həm də digər vəzifə sahiblərinin olmasıdır. Belə vəzifə sahiblərindən biri də, rayonun Maliyyə İdarəsinin “əbədi əzəli” müdiri olan Namiq Məmmədovdur. O, Məmmədov ki, əldə etdiyimiz məlumatlara görə o, hələ bir neçə illər bundan əvvəl rayona rəhbər olmağa can atsa da, son anda arzusunu “çin” edə bilməmişdi. Elə ki, daşıdığı vəzifəsindən daha ranqlı vəzifəyə sahib olmaq istəyi baş tutur, o, yenə də maliyyə idarəsinin müdirliyi vəzifəsindən bərk-bərk yapışmağa məcbur olur.Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur-FOTO

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

İllər uzunu daşıdığı vəzifəsinin müqabilində külli miqdarda var-dövlətə sahib olan Namiq Məmmədov, bu gün sözün həqiqi mənasında rayonda əməlli-başlıca “at” oynadır. Buna səbəb, onun geniş şəbəkəyə malik olması ilə bərabər, rayonda həm də söz sahibi olan fiqurlardan birinə çevrilməsidir. Çünki, bu günün reallığı onu söyləməyə əsas verir ki, Məmmədov soyadını daşıyan bu şəxs təkcə büdcə vəsaitlərini sağa-sola səpməklə deyil, digər maxinasiyalara da qol qoymaqda lap mahirdir. Məsələn, o, rayonun Heydər Əliyev parkında (şəkil-1) təqribən 70-80 illik şam ağaclarına qənim kəsilmiş və həmin ərazidə özünə çay evi də tikdirmişdir. Onun belə bir addımının ekologiyamıza, ətraf mühitin varlığına nə dərəcədə təsir etdiyini sadə vətəndaşlar bilməsələr də, yəqin ki, meşə təsərrüfatı sahəsində çalışan mütəxəsssislərimiz gözəl bilərlər. Belə olan halda Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseyn Bağırovun rəhbərlik etdiyi qurumun da üzərinə, çox böyük məsuliyyət yükü düşür. O, halda sual oluna bilər ki, cavabdehlik daşıyan qrum rəhbərləri ilə bərabər, rayon icra hakimiyyətinin başçısı da, maraq nə olub ki, ekologiyamızın məhvinə göz yumub? Odur ki, bu cür addımlarının həm müzakirə olunmasına, həm də araşdılmasına olduqca zərurət var.

Başqa bir məqama da toxunaq ki, uzun illərdən bəri rayonun Heydər Əliyev prospektində fəaliyyət göstərən və Gədəbəy rayon sakininə məxsus aptek, piyadaların geçib-getdiyi səkidə yerləşdiyindən, 2015-ci ildə plana düşür. Buna səbəb, rayonda aparılan təmir-bərpa işləri olur. Aptekin plana düşməsinə və sökülməsinə də əsaslar olmasına baxmayaraq, Namiq Məmmədovun məsələyə müdaxiləsi, söküntü işlərinin aparılmasının qarşısını ala bilir. Əgər əvvəllər aptekə giriş qapısı piyadaların gəlib-keçdiyi səkidən idisə, çox keçmədi ki, giriş qapısı aptekin sol baş hissəsinə dəyişdirilir. Sözsüz ki, bu zaman Namiq Məmmədovla rayon rəhbərliyinin işbirliyi daha çox önəm daşıyır.

Bir fakta da toxunaq ki, aptek sakibinə rayonda yeni inşa olunan ticarət mərkəzindən təklif olunan 55kvm-lik obyekt, çox keçmir ki, Əliyev Oqtay Qara oğlu adlı rayon sakininə, heç bir sənəd-sübut olmadan təklif olunur. Hansı ki, vaxtilə rayonun M.Quliyev küçəsində və onun tam mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 38,5 kvm-lik mağazasına, DƏDRX, Şəmkir rayon ərazi idarəsi tərəfindən 0001695 nömrəli çıxarış da verilir. Onu da qeyd edək ki, Oqtay Əliyev ticarət fəaliyyəti ilə məşğul olan zaman, hələ 16 mart 2011-ci il tarixdə sahib olduğu mağazasını “Rabitəbank”a girov qoymaqla, bankdan 50 min manat kredit pul da götürür.

Elə ki, Oqtay Əliyevə məxsus qanuni sənəd-sübutu olan obyekt, hansı ki, içərisində bir çox avadanlıqları, ayrı-ayrı firmalardan aldığı mallarla birlikdə yerlə-yeksan edilir, bu zaman bank rəhbərliyi Oqtay Əliyevə kompensasiya verilib verilməməsi barədə, ünvan üzrə sorğu məktubu göndərməyi qərara alır. İcra hakimiyyətində vəzifə sahibi olan Vüsal Musayevin imzaladığı 19 mart 2015-ci il tarixli 78 saylı cavab məktubunda bildirilir ki, “Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən Əliyev Oqtay Qara oğluna məxsus qeyri-yaşayış sahəsinin yeni inşa olunmuş ticarət mərkəzinə köçürülməsi ilə bağlı, ona heç bir kompensasiya ödənilməmişdir”.Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur-FOTO

Gədəbəydə Namiq Məmmədov qeyri-adi vəzifə sahibi hesab olunur

Namiq Məmmədovun qol qoyduğu əməllər içərisində, daha çox onun dövlət qurumlarında heç bir vəzifə sahibi olmayan şəxslərlə qurduğu işbirliyidir. Belə ki, redaksiyamıza daxil olan məlumatlara görə, onun tez-tez həmin şəxslərlə ziyafət məclislərində iştirak etməsi qalsın bir yana, hətta maliyyə mənbəyinə çevrilməsi də, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Məlumatlı mənbə onu da bildirir ki, hal-hazırda Namiq müəllim rayonda qeyri-adi səlahiyyətə malik vəzifə sahibi hesab olunur. Yəni, o, rayonda kadr məsələlərini həllində birbaşa rol oynamaqla bərabər, istənilən problemli məsələlərin iştirakçısına da çevrilir.

Bütün bunlardan əlavə o, “kimə nə olur-olsun, mənə heçnə olmasın” yanaşmasını daim əsas tutur. Yəni tutaq ki, rayon rəhbərliyi haqda işıq üzü görən məqalələrdə onun da adı hallanır. Dərhal bütün imkanlarını səfərbər edən Namiq müəllim, nəyin bahasına olur-olsun adını qəzet səhifələrindən, sosial şəbəkələrdən çıxartdıra bilir.

P.S. Növbəti sayımızda Namiq Məmmədovun hansı müxalifət təmsilçiləri ilə qurduğu işbirliyindən, sahib olduğu var-dövlətin həcmindən və qol qoyduğu digər maxinasiyalarından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləyin.gundemxeber.az