BolgeXeber.Com » Ölkə » Bakıda satışa çıxarılan milyon dollarlıq lüks villalar kimlərindir – Fotolar
Bakıda satışa çıxarılan milyon dollarlıq lüks villalar kimlərindir – Fotolar
16-09-2015, 14:39
Oxunub: 19 005
Bakıda fantastik qiymətə villalar satışa çıxarılıb
Bolgexeber.com xəbər verir ki, BAKU.WS-in məlumatına görə, dəbdəbəli və lüks şəraitli bu villalar alıcılara milyon dollarlara təklif olunur.
Belə villalardan biri Azadlıq prospektində satışa çıxarılıb. Qiyməti 1 milyon 300 min manat olan ev 12 otaqdan ibarətdir. 4 mərtəbəli villada 3 idman otağı, 2 3 sanuzel və sauna (180 km2), istirahət otaqları var. 680 kv.lıq villanın qarşısında 6 sot torpaq ərazisi də var.
Digər bir villa isə Mərdəkanda satışa çıxarılıb. Qiyməti 1 milyon manat olan villada tennis kortundan tutmuş üzmə hovuzuna kimi hər şey var. 40 sot ərazidə yerləşən 2 mərtəbəli villa 12 otaqdan ibarətdir.
Həzi Aslanov qəsəbəsində yerləşən bu villa isə nə az, nə çox düz 2 milyon 700 min manatadır. 12.5 sot həyətyanı sahəsi olan, 3 mərtəbəli, 8 otaqlı ümumi sahəsi 1200 m2 olan villanın həyətində böyük şəlaləsi var. Sauna ve hovuz da olan villa həm də dəniz mənzərəlidir.
Səbail rayonu Badamdar qəsəbəsində qiyməti 2 milyon manat olan villa satışa çıxarılıb. Dənizə panaraması olan ümumi sahəsi 270kv.m olan təmirli 4 mərtəbəli 13 otaqlı villada sauna, kitabxana, 8 yataq otağı, 4 zal və 6 sanuzer (ayaq yolu) var.
Elmlər Akademiyasında 4 milyon 200 min manata 5 mərtəbəli villa satılır. İçərisində lifti də olan 1500 kv.lıq villa 15 otaqdan ibarətdir. Villanın təmirsiz olmasına baxmayaraq villa kifayət qədər bahadır.
Şüvalanda 4 mərtəbəli dəniz mənzərəli ultra – lüks villa satılır. Fərdi arxitektur layihə əsasında inşa edilən villa daxili bəzək işləmələri, rəssam əl işi ,yüksək stil və dizayn, xaricdən gətirilmiş eksklüziv mebellərlə təchiz edilib. Bu dəbdəbəli villanın qiyməti 4 milyon 500 min manatdır. 4 mərtəbli 1750 m2 villa 10 otaqdan ibarətdir.
Badamdar qəsəbəsində qiyməti 5 milyon 500 min manat olan 3 mərtəbəli villa satılır. 11 otaqdan ibarət villa 1070 m2-dır. İçərisində hovuzu, saunası olan lüks villa xüsusi dizaynla hazırlanıb.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər