BolgeXeber.Com » Ölkə » Neftçalada yollara ayrılan milyonlar talanıb-VİDEO

Neftçalada yollara ayrılan milyonlar talanıb-VİDEO

21-09-2015, 17:20
Oxunub: 4 699 Neftçalada yollara ayrılan milyonlar talanıb-VİDEOBu dəfəki şikayət Neftçala rayon sakinlərindəndir

Sakinlərin sözlərinə görə yolların ilkin təmiri üçün ayrılan 3 milyon manat mənimsənilib. BTV xəbər verir ki,Neftçala rayon icra hakimiyyəti tərəfindən yolların təmiri ilə bağlı heç bir addım atılmayıb. Rayonun ən böyük iki kəndi hesab edilən Şorkənd və Beştalı kəndlərinin avtomobil yolları bərbad durumdadır. Yollardan istifadə mümkünsüz hala gəlib. Sakinlər sözlərinə görə, yollar pis vəziyyətdə olduğu üçün həmin ərazilərə heç bir taksi girmək istəmir. Bu isə onlardan əlavə xərc tələb edir. Bu durum məktəblilər və yoldan istifadə edən hər bir sakin üçün dözülməz hala gəlib. Ünvana çatmaq üçün onlar hər gün kilometrlərlə yolu piyada getmək məcburiyyərində qalırlar. Nə avtobus var, nə də normal bir asfalt. Xatırladaq ki, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam 2014-cü il mayın 29-da imzalanıb.
Bolgexeber.com