BolgeXeber.Com » Ölkə » Beynəlxalq Bank fırıldağının daha bir qurbanı... - "...özümü öldürmək istəyirəm"

Beynəlxalq Bank fırıldağının daha bir qurbanı... - "...özümü öldürmək istəyirəm"

22-09-2015, 13:18
Oxunub: 5 866 Beynəlxalq Bank fırıldağının daha bir qurbanı... - "...özümü öldürmək istəyirəm""Krediti götürdüyü müddətdən sonra bir iki ay ödəniş etdikdən sonra Məmmədov Ruslan Fərhad oğlu kredit ödənişin dayandırıb və bundan sonrada başımıza oyun gəldiyindən xəbərdar olmuşuq"

Redaksiyamıza müraciəti daxil olan Məmmədova Dilşad Misir qızı bank fırıldağının qurbanı olduğunu deyir. Dia.az-a daxil olan müraciətin mətnində deyilir: "Mən Zərdab Rayon 20 Yanvar küçəsi Dalan 5 ev 4 sakini Məmmədova Dilşad Misir qızı mətbuat vasitəsi ilə ölkə prezideti İlham Əliyev cənablarına , Baş Prokuror Zakir Qaralova və Milli Təhlükəsizlik Naziri Eldar Mahmudova müraciət edərək kömək istəyir və bildirirəm ki Ucar rayonunda bir qrup mütəşəkkil bank fırıldağı ilə məşğul olan dəstənin başımıza gətiridiyi oyunlardan çarəsiz qalaraq özümü öldürmək istəyirəm .

Beynəlxalq Bankın Ucar rayon şöbəsi rəhbərliyi Taryel müəllim , Bankın kredit işçisi Nuhov Valeh və Zərdab rayon sakini keçmiş kürəkənim Məmmədov Ruslan Fərhad oğlu əlbir olaraq həyat yoldaşım Məmmədov Seran adına kredit yazaraq sonuncu Məmmədov Ruslan Fərhad oğluna vermişlər.

Belə ki , 09 yanvar 2015 ci ildə qızımın əri Məmmədov Ruslan bizə gələrək kredit götürmək fikrində olduğunu mənə bildirdi və həyat yoldaşımın adına bankdan kredit verə biləcək bir tanışının olduğunu dedi ancaq mən buna etirazımı bildirdim . Məmmədov Ruslan mən evdə olmadığım müddətdə xəbərim olmadan həyat yoldaşımı banka apararaq adına kredit rəsmiləşdiriblər .

Həyat yoldaşım Məmmədov Seran Nadir oğlu 2002 ci ildə beyin infaktı keçirdikdən sonra fiziki olaraq özünü idarə etməkdə və əqli zəifliyi yaranmışdır. Elə həmin xəstəliklədə 2 ci qrup əlil kimi sosial müavinat alır daha sonra isə tibbi komissiya vaxtı TSEK həyat yoldaşımın vəziyyəti ağır olduğu üçün və 1 ci qrup əlil kimi qeydiyyata aldılar.

Krediti götürdüyü müddətdən sonra bir iki ay ödəniş etdikdən sonra Məmmədov Ruslan Fərhad oğlu kredit ödənişin dayandırıb və bundan sonrada başımıza oyun gəldiyindən xəbərdar olmuşuq. Beləki həyat yoldaşımın xəstəliklə aldığı müavinat bank tərəfindən avtomatik olaraq götürülməyə başlanıldı. Cənab prokuror, kredit həyat yoldaşımın adına yazılsada zamin duran şəxs isə krediti faktiki götürən Ruslanın anasıdır. Belə ki Ruslan kredit götürülən zaman zamin lazım olduğu üçün bank işçisinin məsləhəti ilə saxta şəkildə öz anasınıda zamin olaraq kredit müqaviəsinə yazdırıb.

Artıq dərəcədə xahiş edirəm Beynəlxalq Bankın Göyçay Filialı Ucar Şöbəsi rəhbəri Taryel müəllimi, bankın kredit mütəxəssisi əsəas fırıldaqçı Nuhov Valeh, krediti götürən Məmmədov Ruslan haqqında cinayət işi açılsın Və kredit müqaviləsi zamanı zamin kimi rəsmiləşdirilmiş şəxsi, kredit götürülən zaman Zərdab rayonudan Ucar rayonuna həyat yoldaşımı və Ruslanı taksi kimi aparan taksi şoferi və bu işdən xəbərdar olan digər şəxslər araşdrılaraq istintaqa çağrılsın, şahid kimi dindirilsin o zaman həqiqətlər üzə çıxacaq".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Beynəlxalq Bank fırıldağının daha bir qurbanı... - "...özümü öldürmək istəyirəm"
Beynəlxalq Bank fırıldağının daha bir qurbanı... - "...özümü öldürmək istəyirəm"