İmişlinin Ölcələr kəndində səyyar qəbul keçirilib-FOTO
22-09-2015, 20:25
Oxunub: 5 535
Son illər İmişli rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri kənd və qəsəbələri də əhatə edib
Ölcələr kəndində keçirilən səyyari qəbulda rayonda həyata keçirilən məqsədyönlü tədbirlər bir daha nəzərə çatdırılıb. Ölcələr kəndinin sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir. Rayonda təhsil ocaqlarının 80 faizi yenidən qurulub və əsaslı təmir edilib. Hazırda isə rayonda 2 körpələr evi-uşaq baxçasının tikintisi başa çatmaq üzrədir. Həmçinin bildirilib ki, kəndlərin qazlaşdırılması və istismar müddətini başa vuran köhnə elektrik dirəklərinin dəyişdiriməsinə ehtiyac var. İcra başçısı bildirib ki, hər iki məsələnin həlli ilə bağlı konkret tədbirlər görülür. İlin sonunadək kəndlərin qazlaşdırılması başa catacaqdır. Tədbirdə çıxış edən sakinlər də öz növbəsində onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Görüşdə sakinlər tərəfindən qaldırılan müraciət və təkliflər dinlənilib, aidiyyatı qurumlara və xidmət təşkilatlarına konkret tapşırıqlar verilib.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər